Sabunçu rayon gəncləri Türkiyədə baş verən terror hadisəsi qurbanlarının xatirəsini yad etdilər
30 iyun 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının birgə təşkiltaçılığı ilə 28 iyun 2016-cı il tarixində Türkiyə Respublikası, İstanbul şəhərinin "Atatürk" Hava limanında 42 nəfərin ölümü və 239 nəfərin yaralanması ilə nəticələnən terror aktı ilə əlaqədar rayonun bir qrup fəal gənci ilə anım tədbiri keçirildi. Tədbir iştirakçıları Türkiyə səfirliyinin qarşısına gələrək gül dəstələri düzdülər və dərin hüznlə başsağlığı verərək yaralananlara və xəsarət alanlara şəfa dilədilər.
Anım mərasimdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin I müavini Güloğlan Məmmədov və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva bəşəriyyət üçün dəhşətli bəlaya çevrilmiş terrorizmi qətiyyətlə pislədiklərini, Azərbaycanın hər zaman qardaş Türk xalqının yanında olduğunu vurğuladılar və Türkiyə səfirliyinin xatirə kitabına baş vermiş faciəvi terror aktına görə öz münasibətlərini qeyd etdilər.