Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Polis işçilərinin peşə bayramı günü qeyd olundu

03 iyul 2016 | 20:00

01 iyul 2016-cı il tarixdə Polis işçilərinin peşə bayramı günü münasibəti ilə Sabunçu Rayon Polis İdarəsinin akt zalında tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və polis işçiləri iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 02 iyul – Polis işçilərinin peşə bayramı münasibətilə bütün polis işçilərini təbrik etdi. Azərbaycan polisinin keçdiyi 98 illik bu tarixi yol şərəfli yoldur, eyni zamanda bu günkü nəsil üçün örnək olan bir yol olduğunu bildirən A.Vəliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan polisinin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan, hazırda bu yolu möhtərəm Prezidentimiz İlham Əliyevin inkişaf və davam etdirməsini qeyd etdi və xalqımız Azərbaycan polisinə böyük inam bəslədiyini Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətlərinin  danılmaz olduğunu diqqətə çatdırdı.
Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Eldar İlyasov çıxış edərək, Azərbaycan polisinin 02 iyul 1918-ci ildə yaradıldığını, Azərbaycan polisinin keçdiyi 98 illik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli yoldan bəhs etdi. E.İlyasov 02 iyul 1998-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə polis işçilərinin peşə bayramı gününün təsis edilməsindən, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin ictimai asayişin qorunmasında göstərdiyi xidmətlərindən, Sabunçu rayonunda polisin həmişə ayıq-sayıq olmasından və dövlətçiliyimizin qorunmasında görülən tədbirləri qeyd etdi.
Daha sonra Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev və Rayon Prokuroru Ceyhun Şirinov çıxış edərək polis işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edtilər və 98 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildirdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tərəfindən bir neçə polis işçisinə  hədiyyələr təqdim olundu.

Keçidlər