Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu 21 №-li Qastroenteroloji Uşaq Sanatoriyasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir

16 mart 2013 | 20:00

Hər xalqın həyatında, məişətində çoxlu bayramlar olsa da, onlardan biri daha məşhur, daha sevimli olur. Azərbaycan xalqınında keçirdiyi belə bir bayram Novruz bayramıdır. Novruz bayramı özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Bu bayram xalqımızın tarixi kökü ilə bağlı olduğundan adət-ənənələrlə zəngindir.

16 Mart 2013-cü ildə Maştağa qəsəbəsində yerləşən 21 №-li Qastroenteroloji Uşaq Sanatoriyasında Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir. Sabunçu rayon İcra Hakimiyyəti və Azərcell Şirkətinin təşkilatçılığı ilə baş tutan tədbirdə ilk öncə uşaq və müəllim kollektivi nümayəndələr tərəfindən təbrik edildi. Daha sonra orada olan uşaqların ifasında bədii səhnəciklər nümayiş olundu. Sabunçu rayon İcra Hakimiyyəti və Azərcell Şirkətinin birgə təşkilatçılığı ilə verilən bayram süfəsində balacalar bayram sovqatı aldılar. Ardınca bayram şənliyi keçəl və kosanın iştirakı ilə olan səhnəciklər ilə davam etdirildi.

Sabunçu rayon İcra Hakimiyyəti daha sonra Zabrat qəsəbəsində yerləşən 22 №-li Psixonevroloji Uşaq Sanatoriyasında olan uşaqları bayram sovqatı ilə təbrik etdi. Rayon ərazisində qəyyumluqda olan ailələrə də bayram payları verildi.

Keçidlər