Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 47-ci ildönümünə və 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair tədbir keçirildi
14 iyul 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyəti Başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq Ümummmilli liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsi, fəaliyyəti ilə bağlı geniş məruzə ilə çıxış etdi. Qeyd etdi ki, Heydər Əlirza oğlu Əliyev 47 il əvvəl - 1969-cu il iyul ayının 14-də Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Həmin gündən etibarən Heydər Əliyevin böyük səyləri, vətənə və xalqa məhəbbəti, təşkilatçılıq qabiliyyəti, mövcud problemlərini dərindən öyrənərək onların aradan qaldırılmasını təmin etmək bacarığı öz bəhrəsini verdi. Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi, Azərbaycanın tərəqqi, inkişaf və çiçəklənməsi istiqamətində həyata keçirdiyi böyük işlərdən danışdı.
Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və Nardaran qəsəbəsi 130 nömrəli tam orta məktəbin direktoru Ağasəid Orucov çıxış edərək bildirdilər ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan qısa zaman kəsiyində ittifaq miqyasında iqtisadi baxımdan özünü təmin etməyə qadir olan respublikalar sırasına daxil oldu. Məhz Ümummili liderin hakimiyyəti illərində həyata keçirdiyi daxili siyasət sayəsində Azərbaycanda milli özünüdərk, milli özünəqayıdış, vətənpərvərliyin gücləndirilməsi baxımından əhəmiyyətli addımlar atıldığı vurğulandı.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov rayonunun 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, rayonun sənaye müəssisələri tərəfindən istehsal olunan məhsulların həcmi 30,4 faiz artaraq 150,0 mln. manat, pərakəndə əmtəə dövriyyəsi 15,7 faiz artaraq 376,3 mln. manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 6,1 faiz artaraq 155,8 mln.manata çatmışdır.
Hesabat dövrü ərzində sosial sahələrdə çalışanların orta əmək haqqı ötən dövrlə müqayisədə 2,4 faiz artaraq 444,5 manat, sənayedə çalışanların əmək haqqı isə 4,8 faiz artaraq 569,0 manat təşkil etmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən cari ilin 6 ayı ərzində 456 ailənin hər birinə orta hesabla 151,4 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin olunaraq ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair tapşırıq və tövsiyyələrinin icrası nəticəsində cari ilin əvvəlindən rayonda 1343 yeni iş yerləri yaradılmışdır. Bu müddət ərzində iş axtarmaq məqsədilə Məşğulluq Mərkəzinə 6026 nəfər müraciət etmiş, onlardan 1059 nəfəri işlə təmin olunmuşdur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Proqramın icrasına başlanmışdır. Dövlət proqramı çərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, əhalinin elektrik enerjisi, su, kanalizasiya, qaz və istilik təchizatının yaxşılaşdırılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur və artıq bu işlərin xeyli hissi başa çatmışdır.
2016-cı ilin 6 ayı ərzində rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcədə rayonun daxili imkanları hesabınada rayon ərazisində sosial əhəmiyyətli obyektlərin, qurğuların tikintisi və abadlıqişlərinin aparılması davam etdirilmişdir. Belə ki, Nardaran və Pirşağı qəsəbələrində 3 çıxışlı yanğından mühafizə bölmələrinin inzibati binaları və Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzi, Zabrat qəsəbəsində 3 çıxışlı yanğından mühafizə bölmələri, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır, yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
Hazırda Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının tikintisi, Nardaran qəsəbəsində Muğam Mərkəzinin, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin, Zabrat qəsəbəsində 75 saylı, Ramana qəsəbəsində 78 saylı, Sabunçu qəsəbəsində 67, 68, 170 saylı, Pirşağı qəsəbəsində 305 və 188 saylı tam orta məktəblərdə və Bilgəh qəsəbəsində 11 saylı inteqrasiya təlimli internat məktəbində əlavə korpusların, sinif otaqlarının və s. obyektlərin tikintisi, Sabunçu qəsəbəsində 311 saylı tam orta məktəbin sökülərək başqa ərazidə yenidən tikilməsi, Maştağa qəsəbəsində 9 saylı körpələr evi-uşaq bağçasının sökülərək yenidən tikilməsi, Bakıxanov qəsəbəsində 105 saylı körpələr evi-uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
Ötən ilin sonlarından Nardaran qəsəbəsində əhalini narahat edən sosial məsələlərin həllinə, geniş abadlıq işlərinin, küçə və yolların yenidən qurulmasına başlanılmışdır. Qısa müddət ərzində Sabunçu Rayon Polis İdarəsinin 42 saylı Polis Bölməsinin, Sabunçu Dövlət Təhlükəsizlik Xidmətinin Nardaran bölməsinin,“Azərişıq” ASC-nin Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin Nardaran sahəsinin, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin və Nardaran qəsəbə nümayəndəliyi üçün inzibati binalar tikilib istifadəyə verilmişdir.
“Azəravtoyol” ASC tərəfindən qəsəbənin əsas küçələrindən olan Abşeron və M.F.Axundov (N.Əsgərov) küçələrinin genişləndirilməsi və yenidənquruluması ilə əlaqədar ümumilikdə 138 həyətyanı sahədə daş hasarlar və 16 qeyri-yaşayış sahəsi sökülərək müasir tələblərə uyğun yenidən tikilmiş, həmin yollar müvafiq olaraq 16-18 metrə qədər genişləndirilərək asfaltla örtülmüşdür.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev iyun ayının 21-də Nardaran qəsəbəsində olmuş, qəsəbədə aparılan abadlıq, quruculuq işləri, eləcədə,yenidən qurularaq əsaslı təmir olunmuş Rəhimə xanım Məscid-ziyarət kompleksi, yeni salınmış yol infrastrukturu ilə tanış olmuş, yerli sakinlərlə görüşüb onların istək və arzularını dinləmişdir. Bizə öz tövsiyə və tapşırıqlarını vermişdir.Cənab Prezidentin göstərişinə əsasən Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində yeni müasir tipli mədrəsənin tikintisinə başlanmışdır.
Rayonda aparılan abadlıq işləri 2016-cı ildə də davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsinin M.Fətəliyev küçəsi 72, S.Qocayev küçəsi 126, Ş.Kamilov küçəsi 15/74, R.Qəmbərov küçəsi 2 saylı binaların məhəllədaxili ərazilərində qeyri-qanuni tikililər, qarajlar, çəpərlər sökülərək ərazidə abadlıqişləri aparılmış, burada 25 ədəd müasir tipli yüngül konstruksiyalı işıq dirəkləri quraşdırılmış, 630 metr uzunluğunda səki daşları yenilənmiş, 5800 m2 -ə yaxın əraziyə asfalt örtüyü vurularaq 3 yeni nümunəvi həyət yaradılaraq sakinlərin istifadəsinə verilmişdir. 2016-cı ilin sonuna kimi Bakıxanov qəsəbəsində daha 3 nümunəvi həyətin yaradılmasına hazırlıq işləri aparılır.
Bakıxanov qəsəbəsi, Sülh küçəsi 1, R.Qəmbərov küçəsi 26, 28 saylı ünvanlarda 2 mərtəbəli mərasim evinin tikintisi davam edirilir, bu işlərin də yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur.
Bildiyiniz kimi “Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 saylı Qərarına əsasən rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə 5 il müddətinə əlavə vəzifələr həvalə edilmişdir və artıq bu qərarın icrasına başlanmışdır. Belə ki, qəza təhlükəsi ehtimalı olan binaların siyahısı tərtib edilərək Fövqəladə Hallar Nazirliyinin əlaqədar qurumlarına göndərilərək bu barədə müvafiq rəylər alınmışdır. Bu rəylər əsasında rayonun Bakıxanov və Ramana qəsəbələrindəki 5 yaşayış binalarından sakinlər köçürülərək yerində yeni çoxmənzilli yaşayış binalarının inşasına başlanılmışdır. Hazırda Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsindəki 19 və Mədəniyyət küçəsindəki 28 nömrəli çoxmənzilli binalar sökülmüş, Mehmandarov küçəsindəki 17 nömrəli binanın sökülməsinə isə hazırlıq aparılır. Bu binaların yerində də yeni müasir çoxmərtəbəli yaşayış evləri tikiləcək. Onu da qeyd etmək lazımdır ki, tikinti-təmir işləri zamanı ilkin olaraq rayon üzrə 235 nəfər işlə təmin edilmişdir. İlin sonuna qədər bu sahədə çalışanların sayının 600-ə çatdırılması nəzərdə tutulmuşdur.
2016-cı ildə rayonda çoxmənzilli binalarda təmir-bərpa işlərinin aparılması da davam etdirimişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 13 saylı binada təmir işləri artıq başa çatdırılmış, Sülh küçəsi 4, 4090/94 cü məhəllə ev 2/6 saylı, S.Mehmandarov küçəsi 8 saylı binalarda hal-hazırda təmir bərpa işlər davam etdirilir. İlin sonuna kimi qəsəbənin R.Axundov küçəsi 13, S.Qocayev küçəsi 126, məhəllə 4090/94 ev 2/7, 1/1 və 1/2 saylı binalarda da təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bundan başqa Sülh küçəsi 14/1 saylı binanın qarşısında səkiyə 1000 m2-ə yaxın tamet daş örtüyü vurulmuş, R.Qənbərov küçəsi 28 saylı binanın fasad hissəsi isə yağış sularına qarşı xüsusi maddə ilə üzlənmişdir. Bu işlər mütəmadi və müntəzəm davam etdiriləcək.
Rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən hər qəsəbədə daxili imkanlar hesabına bir neçə küçənin abadlaşdırılması və asfalt örtüyünün vurulmasına başlanılmışdır.
Belə ki, ilin əvvəllərindən Bakıxanov qəsəbəsinin M.Fətəliyev-72, E.Xəlilov-2, S.Qocayev-126, Ş.Kamilov-15/74 saylı binaların məhəllədaxil ərazilərinə 9900 m2, Ş.Kamilov küçəsinə 2700 m2, S.Mehmandarov küçəsinə 830 m2, Ə.Ağayev küçəsinə 1000 m2, Ş.Kamilov və Gənclik küçəsinə 6000 m2, Sabunçu qəsəbəsinin Stansiyayanı küçəsinə 400 m2, Zabrat qəsəbəsinin V.Çkalov küçəsinə 1370 m2, S.Səfərov küçəsinə 1370 m2, Balaxanı qəsəbəsinin R.Qədimov küçəsinə 2100 m2, C.Cahangirov küçəsinə 1800 m2 , Maştağa qəsəbəsinin H.Abbasov küçəsinə 2000 m2, H.Heybətov küçəsinə 750 m2, Seyid İbad Ağa küçəsinə 5200 m2, Bilgəh qəsəbəsinin S.Vurğun küçəsinə 3600 m2, Pirşağı qəsəbəsinin H.Əliyev küçəsinə 2140 m2, 2 saylı sovxozda Şuşa qəbiristanlığına gedən yola 1200 m2, Bilgəh qəsəbə sakinlərinin şəxsi vəsaitləri hesabına Bilgəh-Nardaran yollarından keçən küçəyə 5000 m2, Azərbaycan Qadını küçəsindən su nasos stansiyasına gedən yola 3600 m2, Albalılıq yaşayış massivindən Azərbaycan Qadını küçəsinə qədər 13800 kv. m asfalt örtüyü vurulmuşdur. Bu da nəzərə alınmaqla ümumilikdə 64900m2 asfalt örtüyü vurulmuşdur.
Bundan başqa “Azəravtoyol” ASC tərəfindən rayonun Nardaran qəsəbəsi, Abşeron küçəsi və onunla kəsişən yollarda əsaslı təmir işləri aparılaraq 33900 m2, M.F.Axundov (N.Əsgərov) küçəsinə 17800 m2, Bilgəh qəsəbəsinin Azərbaycan Qadını küçəsinə 31500 m2, Maştağa-Bilgəh yoluna 49500 m2 , Bakıxanov qəsəbəsinin R.Qənbərov küçəsinə 3000 m2, ümumilikdə 135800 m2 asfalt örtüyü vurularaq istifadəyə verilmişdir.
Beləliklə rayon üzrə asfalt vurulmuş yolların ümumi sahəsi 200600 m2 çatdırılmışdır.
Hazırda Ramana qəsəbəsinin “Şuşa” şəhərciyindən Maştağa qəsəbəsinə gedən 8 km-ə yaxın yolda əsaslı təmir işlərinə başlanılmışdır.
Bununla yanaşı mərkəzi yolların ətrafında və məhəllədaxili ərazilərdə xeyli yaşıllaşdırma işləri də görülmüşdür. Belə ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov və M.Fətəliyev küçələri boyu salınmış xiyabanın kənarlarına 2950 metr uzunluğunda məhəccərlər quraşdırılaraq, 8815 m2 yaşıl ot örtüyü (qazon) vurulmuşdur.
Bakıxanov qəsəbəsinin R.Qəmbərov və Ş.Kamilov küçələrinin kəsişdiyi yol ayrıcını birləşdirən yerdə dairə yenidən qurularaq oraya 930 m2 yaşıl ot örtüyü salınmışdır. Bununla da rayon üzrə salınmış yaşıl örtüyün ümumi sahəsi 68750 m2 -ə çatdırılmışdır.
Balaxanı qəsəbəsi, Partizan Məmməd küçəsi boyu 450 ədəd, Zabrat qəsəbəsi, Asfalt zavoduna gedən yolunkənarlarına 106 ədəd, Maştağa istirahət parkında 60 ədəd, Şəhidlər xiyabanında 40 ədəd şam ağacı əkilmişdir. Bundan başqa Bakıxanov qəsəbəsində 800 ədəd mövsümü güllər, Pirşağı qəsəbəsində 200 ədəd həmişə yaşıl kollar əkilmişdir. Nardaran, Maştağa və Bilgəh qəsəbələrinin mərkəzi küçə və yollarının yenidən qurulması ilə əlaqədar oradakı hasar və tikililərin fasadları təmir-bərpa olunaraq 7400 m2 suvaq vurulmuş, 5500 m2-ə yaxın sahə boya, emulsiya və əhənglə rənglənmişdir. Bu işlər digər qəsəbələrdə
Cari ilin əvvəlindən əhalinin elektrik enerjisi, qaz, su təchizatının daha da yaxşılaşdırılması, digər xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli işlər görülmüşdür və hazırda da davam etdirilir.
Rayon İcra hakimiyyəti 2016-cı ilin 6 ayı ərzində öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında” əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
Cari ilin 6 ayı ərzində İcra Hakimiyyəti Aparatına 2630 ərizə və 1226 məktub daxil olmuş, İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 168 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə isə 1800 nəfərdən çox sakin iştirak etmiş və 110 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş müraciətlər əsasında 6 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 97 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı, 9 may “Qələbə Günü”, 10 may “Gül bayramı” və digər əlamətdar günlər münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
Məruzə ətrafında Rayon Məşğulluq Mərkəzinin rəisi Akif Gülməmmədov çıxış etdi. Sonra Şura iclasının qərar layihəsi oxundu.
İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.