Sabunçu rayonunda 2016-2017-ci il yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbli formaları paylanıldı
02 sentyabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının akt zalında 2016-2017-ci il yeni dərs ilinin başlanılması ilə əlaqədar rayonun aztəminatlı, qaçqın və şəhid ailələri ilə görüş keçirildi.
Görüşdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun aztəminatlı, imtiyazlı və ehtiyacı olan, şəhid və qaçqın ailələrindən olan şagird və valideyinlər iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti tərəfinən 2016-2017-ci il yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və qaçqın ailələrinə, aztəminatlı, imtiyazlı, ehtiyacı olan və qəyyumluqda olan şagirdlərə Bakı Tikiş Evindən 100 ədəd müxtəlif ölçüdə qız və oğlan üçün məktəbli forması verildi.
Sonda Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov çıxış edərək tədbir iştirakçılarını yeni dərs ilinin başlanması ilə bağlı öz təbriklərini çatdırdı və onlara yeni tədris ilində uğurlar arzuladı.