Sabunçu rayonunda abadlıq-quruculuq işləri uğurla davam etdirilir
Dövlət başçısının müvafiq tapşırıq və Sərəncamlarına uyğun olaraq bütün respublikada olduğu kimi Sabunçu rayonununda da abadlıq-quruculuq istiqamətində məqsədyönlü tədbirlər geniş vüsət alıb. Həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində qəsəbələrdə “nümunəvi məhəllə”lərin salınması da görülən işlərin tərkib hissəsidir. Son illər ərzində rayon ərazisində 22-dən çox nümunəvi məhəllə salınıb.
Beləki, yay ayları ərzində abadlaşdırma layihələri çərçivəsində rayon ərazisində iməcliklər keçirilib, ərazilər zibilliklərdən təmizlənib, qurumuş ağaclar kəsilib. Ekoloji tarazlığın qorunması məqsədilə keçirilən rayon iməcilikləri bir sıra küçə və prospektlərlə yanaşı idarə və müəssisələrin həyətlərində də aparılıb.
Hal-hazırda sakinlərin müraciətləri əsasında R.Axundov küçəsi 13,15,17,19, 14/1,14/2, M.Fətəliyev küçəsi 72, E.Xəlilov küçəsi 2 və S.Qocayev küçəsi 126 ünvanlarında yerləşən binaların qarşısında yeni abad məhəllənin salınması işləri davam etdirilir. Burada yarımçıq tikililər sökülür, idman meydançaları, oturacaqlar günlüklər quraşdırılır və ərazidə təmizlik işləri aparılır.
Dövlət başçısının ölkədə ekoloji tarazlığın qorunması lə bağlı verdiyin tapşırıqların icrasına uyğun olaraq nümunəvi həyətlərdə yeni yaşıllıq örtükləri salınır. Uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif növ atraksionlar quraşdırılır.