Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Sülh aylığı” çərçivəsində “Mən Sülhə səs verirəm” mövzusunda tədbir keçirildi

06 sentyabr 2016 | 20:00

07 sentyabr 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon Bölməsinin birgə təşkilatçılığı ilə Rayon Gənclər Evində mən “Mən Sülhə səs verirəm” mövzusunda tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon bölməsinin sədri, “Çernobıl Əlilləri Cəmiyytəti”nin sədri, “20 Yanvar” Cəmiyyətinin sədri, “Ukrayna İcmasının” sədri, “Rus İcmasının” nümayəndələri, müəllim və şagirdlər iştirak etdilər.
Tədbir iştirakçıları ilk olaraq 148 nömrəli tam orta məktəb şagirdlərinin mövzu ilə bağlı hazırladıqları rəsm şəkillərinə baxdılar. Çıxış edən Qızıl Aypara Cəmiyyətinin Sabunçu Rayon Bölməsinin sədri Elmira Məlikova “Sülh Günü” və “Sülh Aylığı”nın yaranma tarixi haqqında , BMT-nin sülhün yer üzündə bərqərar olması üçün görüləsi işlər haqqında məlumat verdi. Sülh bəşərityyətin məqsədi, missiyası, həm də halal haqqıdır. Sülh dinclik, əminəmanliq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf deməkdir. Sülh günü nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimayyətdə münasibətlərin sağlaşmasına, köklü zorakilığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsət olduğunu bildirdi.
Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə Mehtiyeva  çxış edərək tədbirin keçirliməsində əsas məqsəd insanları bu mövzuya, bu dəyərə cəlb etmək və uşaqlarımızı əzab verərək, zorakılıq prinsipləri ilə deyil,qayğı ilə, sevgi ilə böyüdərək sülhsevərlik prinsipləri ilə tərbiyə etmək olduğunu bildirdi.
Çıxış edən digər qonaqlar sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusunun tarix boyu bəşəriyyəti düşündürdüyünü və dünyanın ən tolerant ölkəsinin vətəndaşlarının da sülh şəraitində yaşamaq arzusunda olduğunu qeyd etdilər.
Sonda məktəbli şagirdlər Sülhə aid hazırladıqlar musiqi kompazisiyası ilə tədbirə xüsusi rəng qatdılar və QAC Sabunçu rayon Bölməsi tərəfindən  Fəxri Fərmanlar ilə təltif edildilər.

Keçidlər