Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu və Balaxanı qəsəbələrinin sakinləri ilə səyyari görüşü keçirildi

16 sentyabr 2016 | 20:00

17 sentyabr 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin 311 nömrəli tam orta məktəbin akt zalında Sabunçu və Balaxanı qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi. Görüşdə rayon rəhbəri ilə yanaşı müavinlər, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər.
Görüşü Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev açaraq cənab Prezident İlham Əliyev tərəfindən ölkədə və Sabunçu rayonunda sosial-iqtisadi inkişafın, həmçinin infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışdı.
Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və Rayon Telefon Qovşağının rəisi Nəriman Salmanov çıxış edərək qəsəbədə gedən geniş abadlıq işlərindən danışdılar və qarşıda gələn Referendum seçkilərində sakinləri fəal iştirak etməyə çağırdılar.
311 nömrəli tam orta məktəbin idman müəllimi Şaməddin Babayev çıxış edərək 15.09.2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 311 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirakı və müəllimlərlə görüşündən danışdı. Ş.Babayev qeyd etdi ki, Prezidentin təhsil işçilərinə olan diqqət və qayğısı müəllimlərin daha yüksək nəticələr əldə etmələrinə böyük stimul yaradır.
Daha sonar qəsəbə sakinlərindən Xələfiyeva Cəmilə, Əliyev Qulam, Məhəmmədova Zöhrə, Yaqubova Pərnisə və başqaları çıxış edərək qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər