Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Şura iclası keçirildi

30 sentyabr 2016 | 20:00

01 oktyabr 2016-cı il tarixdə Sabunçu qəsəbəsindəki 311 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında növbəti Şuranın iclası keçirildi. İclasda şura üzvləri, millət vəkili Dilarə Cəbrayılova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri MehribanAbasquliyeva, RİH başçısı aparatının şöbə müdirləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk öncə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Şura iclasının gündəliyini élan etdi. Şurada rayon mənzil fondunun və sosial təyinatlı obyektlərin 2016-2017-ci illərin payız-qış mövsümündə istiliklə təmin olunması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci iltarixli 322 nömrəli “Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Qərarının icrasının gedişatı ilə bağlı müzakirələr aparıldı.
Gündəlikdə olan məsələlər ətraflı müzakirə edilərək müvafiq qərar qəbul edildi.

Keçidlər