Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon ictimaiyyəti Novruz Bayramını qeyd etmişdir

18 mart 2013 | 20:00

18 Mart 2013-cü ildə “Sarı Gəlin” Şadlıq sarayında Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Sabunçu rayon ictimaiyyəti nümayəndələri üçün Novruz Bayramı şənliyi təşkil olunmuşdur. Tədbirə Sabunçu rayon İcra Hakimiyyətinin, Qəsəbə nümayəndəliklərinin, Bələdiyyələrin, Təhsil, Səhiyyə, Mədəniyyət, İdman və digər sahələrin əməkdaşları dəvət almışdılar.
          Tədbiri giriş sözü ilə açan Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev qonaqları salamlayaraq, xalqımızın ən əziz bayramlarından biri olan Novruz Bayramı münasibəti ilə təbrik edərək, onlara möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.

Keçidlər