Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “01 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd olundu

30 sentyabr 2016 | 20:00

01 oktyabr 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “01 oktyabr-Beynəlxalq Ahıllar Günü” münasibətilə rayonun Bilgəh qəsəbəsində yerləşən Müharibə və  Əmək Əlliləri üçün Pansionatda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, başçısının müavini Avtandil Hüseyn-zadə, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və digər qonaqlar iştirak etdilər.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Pansionatda yaşayan ahılları bayram münasibətilə təbrik edərək dövlətimizin, ölkə başçısı cənab İlham Əliyevin ahıllara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə respublikamızda həyata keçirilən işlərdən danışdı.
Çıxış edən Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva ölkəmizdə ahılların daim diqqət və qayğı ilə əhatə olunduqlarını və onların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının qorunması məqsədilə dövlətimiz tərəfindən davamlı tədbirlər həyata keçirildiyini qeyd etdi.
Pansionatın sakinləri çıxış edərək göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.
Sonda Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev pansionatın sakinləri ilə səmimi söhbət apardı. Görüş əyləncəli proqramla davam etdi və bayram hədiyyələri təqdim olundu.

Keçidlər