Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda çağırışyaşlı gənclərlə görüş keçirildi

25 oktyabr 2016 | 20:00

26 oktyabr 2016-cı il tarixdə Azərbaycan Respulikası Gənclər və İdman Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin birgə təşkilatçılığı ilə Rayon Gənclər Evində çağırışyaşlı gənclərlə təbliğat xarakterli görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi sektorunun müdiri Əli Məmmədov, Rayon Gənclər və İdman İdarəinin rəis müavini Malik Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin əməkdaşı Turxay Müseyibov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Gənclərin Çağırışa Hazırlığı üzrə metodisti Bəhram Nağıyev, Rayon Gənclər Evinin direktoru Ramiz Məmmədov və rayon ümumtəhsil tam orta məktəblərin çağırışyaşlı gəncləri iştirak etdilər.
İlk olaraq  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbiri Rayon Gənclər və İdman İdarəinin rəis müavini Malik Məmmədov açaraq Gənclər və İdman Nazirliyinin 2016- cı ilin tədbirlər planına müvafiq olaraq gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədi ilə  keçirilən tədbrin əhəmiyyətindən danışdı.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Əsədov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyyəsi sektorunun müdiri Əli Məmmədov və başqaları çıxış edərək bildirdilər ki, vətəni, torpağı müdafiə etmək hər bir gənc üçün müqəddəs vəzifə olmalıdır. Gənc nəsilin vətənə, yurda məhəbbət ruhunda tərbiyələnməsi ən vacib məsələlərdən biridir. Millətin, xalqın tarixinin, mədəni irsinin, adət-ənənələrinin dərindən öyrənilməsi və qorunması hər bir azərbaycanlıda milli mənlik şüurunu, vicdanlı olmaq və vətənpərvərlik hissini daha da gücləndirir. Doğma torpağa bağlılıq, milli adət-ənənələrə hörmət və qayğı gənclərdə mənəvi və emosional hisslərin formalaşmasında əvəzsiz rol oynayır. Bu hisslər olmadan vətənpərvər kimi yetişmək çox çətindir.
Sonda tədbir konsert proqramı ilə davam etdi.

Keçidlər