Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkotiklərə qarşı mübarizə, sağlam mühit və sağlam gələcəkdir” adlı maarifləndirici tədbir keçirildi

27 oktyabr 2016 | 20:00

28 oktyabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və rayonun Maştağa qəsəbəsində yerləşən 1 nömrəli tam orta internat məktəbinin birgə təşkilatçılığı ilə  məktəbin akt zalında “Narkotiklərə qarşı mübarizə, sağlam mühit və sağlam gələcəkdir ” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov, Bakı şəhər üzrə Təhsil İdarəsinin Metodik kabinetinin müdiri Vahid Qurbanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilov, Respublika Narkoloji Mərkəzinin həkim-narkoluqu Rövşən Kərimli, rayonun 1 nömrəli internat məktəbinin, 10 nömrəli sanatoriya tipli internat məktəbinin və 11 nömrəli xüsusi internat məktəbinin şagird və müəllim kollektivi iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin QanunsuzDövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov çıxış edərək  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4-cü bölməsinin icrası ilə əlaqədar ümumtəhsil internat məktəblərində valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş şagirdlər üçün maarifləndirici tədbirin əhəmiyyətindən danışdı və müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, səbəb olduğu faciələr barədə geniş məlumat verdi.
Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının  İşçi Qrupu rəhbərinin müavini Vasif Quliyev, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Mühüm İşlər üzrə əməliyyat müvəkkili, polis polkovniki Tanrıverdi Aydınov və digər natiqlər yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.

Keçidlər