Şriftin ölçüsü :

Saytın rəngi :

Nardaran qəsəbəsində “9 Noyabr- Dövlət Bayrağı Günü” münasibətilə tədbir keçirildi

07 noyabr 2016 | 20:00

Sabunçu rayon İcraHakimiyyətinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə 8 noyabr 2016-cı ildə Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbin akt zalında “9 Noyabr-Dövlət Bayrağı Günü” münasibətilə uşaqlarda vətənpərvərlik hissinin artırılması məqsədilə Nardaran məktəblilərinin xalq şairi Nəriman Həsənzadə ilə görüşü təşkil olunub.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı AdilVəliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Millət vəkili Dilarə Cəbrayılova, xalq şairi Nəriman Həsənzadə, Azərbaycan Respublikasının Prezidenti yanında  “BilikFondu”nun icraçı direktoru Oqtay Səmədov, 295 nömrəli və 130 nömrəli tam orta məktəblərin şagird-müəllim kollektivləri iştirak ediblər.
Tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 9 Noyabr Dövlət Bayrağı Gününün əhəmiyyətindən bəhs etmiş, belə əlamətdar gündə tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ edən görkəmli sənətkarımız, xalq şairi Nəriman Həsənzadə ilə görüşün şagirdlərdə vətənpərvərlik hisslərinin artmasında xüsusi rol oynayacağını qeyd etdi.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova öz çıxışında bildirib ki, Аzərbаycаn bаyrаğını ucа tutmаq hərbir vətəndaşımızın şərəf bоrcudur. Buna görədə hər kəs üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli, yaxşı oxumalı, yüksək intellektə sahib olmalı, vətənimizin inkişafı və gələcəyi üçün bütün səyləri birləşdirməlidir.
Şagirdlərin ifasında Nəriman Həsənzadənin müəllifi olduğu vətənpərvər şeirlərdən ibarət kompozisiyasının təqdimatından sonra, səhnəyə dəvət olunmuş xalq şairi şagirdlərlə görüşü zamanı onların suallarını cavablandırmış, uşaqlardan bəzilərinin həvəskar şeirlərini dinləmiş, onlara həyatdan və bədii əsərlərdən nümunələr göstərərək dəyərli məsləhətlər vermişdir. Görüşün sonunda şair uşaqlara şəxsi imzası ilə öz kitablarını hədiyyə etmişdir.
Tədbirin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 295 nömrəl ivə 130 nömrəli tam orta məktəblərə uşaq hüquqlarının müdafiəsi istiqamətində səmərəli fəaliyyətinə görə, eyni zamanda 130 nömrəli tam orta məktəbin məzunu Fail İbrahimova uşaq hüquqları ilə bağlı təşkil edilən tədbirlərdə aktiv iştirakına və təhsildə qazandığı uğurlara görə diplomlar təqdim edildi.

Keçidlər