Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı tədbir keçirildi

11 noyabr 2016 | 20:00

12 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Konstitusiya Günü ilə bağlı Rayon  Gənclər Evində tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, I müavin Güloğlan Məmmədov, müavin Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, rayon ümumtəhsil tam orta məktəblərin direktorları, müəllim və şagirdlər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev ilk olaraq Azərbaycan Respublikasının Konsitutsiya Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. A.Vəliyev Ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə işlənib hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiyanın dövlətçilik tariximizdə yeni bir mərhələ açdığını, dövlət quruculuğunda, iqtisadiyyatda və ictimai-siyasi həyatda dinamik inkişafa güclü təkan verdiyini və bu mühüm tarixi hadisəni ümummilli liderin gərgin və fədakar əməyinin bəhrəsi olduğunu diqqətə çatdırdı. Tədbir ilə əlaqədar Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov və 271 nömrəli məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Konstitusiyası mühüm tarixi mərhələlərdən keçdiyini və dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğuladılar.
Daha sonra 17-20 noyabr 2016-cı il tarixlərində “Ölkəmizi tanıyaq” VI tur-aksiya layihəsi çərçivəsində  Lənkəran, Masallı, Astara rayonlarına ekskursiya edəcək Sabunçu rayon məktəblilər ilə görüş keçirildi.
Görüşdə çıxış edən Adil Vəliyev bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin respublikamızın bölgələrini tanıması, oranın tarixi-mədəni abidələri ilə yaxından tanış olması baxımından böyük əhəmiyyətə malikdir. Bu mənada tur-aksiya gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün formalaşmasına da öz töhfəsini verəcək. Rayonumuzun bütün qəsəbələrindən olan məktəblilərin gedəcəkləri rayonlara səfəri onların rayonun tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaradacaqdır.
Çıxış edən 10 nömrəli sanatoriya tipli internat-məktəbinin direktoru Münəvvər Əşrəfova, məktəblilər və valideynlər qeyd etdilər ki, irəli sürülən bu təşəbbüs Azərbaycan Prezidentinin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmin, eyni zamanda, göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Sonda Sabunçu rayonunu təmsil edən hər bir məktəbliyə Azərbaycan Respublikasının Konsitutsiya kitabları və tur-aksiya üçün hazırlanmış xüsusi fərqləndirici geyim formaları hədiyyə olundu.

Keçidlər