Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Uşaq hüquqları aylığı” çərçivəsində silsilə tədbirlər keçirildi

07 noyabr 2016 | 20:00

Azərbaycan Respublikasının Pezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il  tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.Hər il olduğu kimi bu ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın)  təşəbbüsü ilə ənənəvi olaraq  20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin il dönümü ərəfəsində respublikamızda “Uşaq hüquqları aylığı” elan edilmişdir. Respublikanın bütün regionlarında olduğukimi Sabunçu rayonunda da “Uşaq hüquqları aylığı” çərçivəsində bir sıra tədbirlər keçirilmişdir.
Belə ki, 08.11.2016-cı il tarixində “Dövlət Bayrağı günü” ilə əlaqədar Maştağa qəsəbəsində yerləşən 1 saylı Psixiatriya Xəstəxanasının uşaq şöbəsində müalicə alan uşaqlar üçün əyləncəli proqram təşkil olunmuş, 10.11.2016-cı il tarixində Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbdə  şagirdlərin iştirakı ilə “Hüquqlarımızı bilməliyik” adlı sərgi və tədbir keçirilmişdir. 11.10.2016-cı il tarixində isə Kürdəxanı qəsəbəsində yerləşən 113 nömrəli tam orta məktəbdə “Hüquqlarımızı qoruyaq” adlı dəyirmi masa keçirilmişdir.

Keçidlər