Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 16 noyabr – Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar tədbir keçirildi

13 noyabr 2016 | 20:00

Noyabr ayının 14-də Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Sabunçu rayon  təşkilatı tərəfindən 16 noyabr – Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş tədbir keçirilib.Tədbirdə iştirak edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının müavini Arzu Məmmədova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, Sabunçu rayonunda fəaliyyət göstərən Rus və Ukrayna İcmalarının , Dini İcmalarının sədr və üzvləri, təhsil və mədəniyyət müəssisələrinin rəhbərləri, gənclər ilk öncə Ulu öndər Heydər Əliyevin YAP Sabunçu rayon təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Sabunçu  rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirmişdir ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndərimiz Heydər Əliyev tolerantlılığı və multikulturalizmi dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etmiş, ölkəmizdə olan bütün xalqların, milli azlıqların bərabər hüquqlar əsasında yaşamaları üçün səmərəli əməli fəaliyyət göstərmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və mütərəqqi siyasəti sayəsində bu gün Azərbaycanda tolerantlıq və multikulturalizm üçün əlverişli mühit mövcuddur. Azərbaycanda hər bir insan dini etiqadında azaddır. Azərbaycanda bütün xalqlar və milli azlıqlar dini mənsubiyyətlərindən asılı olmayaraq, azad və müstəqil yaşayırlar. Onların dini etiqad azadlığı yüksək səviyyədə təmin edilmişdir. Ölkəmizdə xristian kilsələri, sineqoqlar bərpa edilib, müxtəlif dinlərin təmsilçilərinin dövlət büdcəsi hesabına cəmiyyətləri və mətbu orqanları fəaliyyət göstərir. Respublikamızda tolerantlıq və multikulturalizm mövzularında ardıcıl olaraq mötəbər beynəlxalq tədbirlər keçirilir. Bu sahədə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı,UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın çoxşaxəli fəaliyyət göstərdiyini xüsusi qeyd etmək lazımdır. Bir sözlə, bu gün Azərbaycanda tolerantlığın və multikulturalizmin inkişafı üçün hər cür şərait yaradılıb, ölkəmiz tolerantlıq və multikulturalizm baxımından bütün dünya üçün layiqli bir örnəkdir.
Daha sonra tolerantlıq mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov, İmam-Rza məscidinin axundu Əmirxan Tahirov bidiriblər ki, Azərbaycan tarixən tolerant və multikulturalist bir ölkə kimi tanınıb. Bu, bütün Türk dünyasının möhtəşəm abidəsi sayılan “Kitabi-Dədə Qorqud” dastanında da öz əksini tapıb. İslam dini də tolerantlıq və multikultural dəyərlərə böyük önəm verir. Tolerantlıq və multikulturalizm bir-biri ilə sıx bağlı olan anlayışlardır.Tolerantlıq dini dözümlülük, multikulturalizm isə çoxmədəniyyətlilik deməkdir.Tolerantlıq digər inanc və əqidələrə dözümlü yanaşmadır.Tolerantlıq insan hüquqları və vicdanı ilə bağlıdır.Tolerantlıq insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır.Tolerantlıq irqçiliyi, dini dözümsüzlüyü, terror və ekstremizmi birmənalı şəkildə qətiyyətlə rədd edir.Tolerant yanaşmanın zəif olması bu mənfi təzahürlərin güclənməsinə təkan verir.Buna görədə tolerantlıq və multikulturalizm hər bir cəmiyyət üçün çox vacib dəyərlərdir.
Tədbirin sonunda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov Sabunçu rayonunda fəaliyyət göstərən Rus və Ukrayna İcmalarının üzvlərinə Mərkəz tərəfindən hədiyyə və kitablar təqdim etdi.

Keçidlər