Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda sahibkarlara dəstək

19 mart 2013 | 20:00

Sabunçu rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabunçu rayonunda kiçik sahibkarlığın inkişafının dəstəklənməsi məqsədi ilə 19.03.2013-cü il tarixində Nardaran qəsəbəsində 20 sahibkarlara  100000 (yüz min) manat məbləğində güzəşli kredit verilmişdir. Ümumilikdə son illərdə 64 sahibkara 5,2 mln. manat məbləğində güzəşli kredit verilmişdir. Tədbirdə iştirak edən qəsəbə sakinləri göstərilən qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər. Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev belə tədbirlərin davamlı olacağını bildirdi və onlara gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

Keçidlər