Şriftin ölçüsü :

Saytın rəngi :

SABUNÇU şagirdləri üçün “ÖLKƏMİZİ TANIYAQ” VI tur-aksiya uğurla başa çatdı

19 noyabr 2016 | 20:00

20 noyabr 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici VI tur-aksiya çərçivəsində Lənkaran-Masallı-Astara rayonlarında səfərdə olan Sabunçu məktəbliləri paytaxta geri döndülər.
4 günlük səfərdə olan rayon məktəblilərini Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, İctimai, siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, məktəb direktorları və valideyinlər böyük təntənə ilə qarşıladılar.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev cənub bölgəsindən  qayıdan  tur-aksiya iştirakçılarını və valideyinləri Rayon İcra Hakimiyyətinin akt zalında qəbul edərək şagirdlərin tur-aksiya haqqında təəssüratlarını öyrəndi.
Şagirdlər onlar üçün yaradılmış şəraitə görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkili çəkdirildi.
Qeyd edək ki, Sabunçu rayon  məktəbliləri 17-20 noyabr 2016-cı il tarixlərində Masallı, Lənkaran rayonlarının tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olublar.

Keçidlər