Sabunçu rayonunun "Ölkəmizi Tanıyaq" VI tur-aksiya iştirakçıları Masallı rayonunda
16 noyabr 2016 | 20:00
17.11.2016-cı il tarixində Sabunçu məktəbliləri ilk olaraq Masallı rayonunda oldular. Şagirdlərimiz Masallı rayonunun Heydər Əliyev Mərkəzi, Tarix-diyarşunaslıq muzeyi, Heydər Əliyev parkı, Uşaq İncəsənət məktəbi, Bayraq Meydanı və Dövlət Rəmzləri muzeyi, eyni zamanda ASAN həyat kompleksi və Viləşçay su anbarında olaraq maraqlı məlumatlar əldə etdilər.
Masallı rayonundan xoş təəssüratla ayrılan rayon məktəbliləri Lənkaran şəhərinə yola düşdülər və onlar üçün ayrılmış “Qafqaz Sahil” mehmanxanasında yerləşdilər.