Şriftin ölçüsü :

Saytın rəngi :

Sabuçu rayonunda “Qadın zorakılığı və Gender bərabərlyi” mövzusunda tədbir keçirildi

24 noyabr 2016 | 20:00

25 noyabr 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Sabunçu rayon Mərkəzi Kitabxanasında “Qadın zorakılıgı və Gender bərabərliyi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, Sabunçu rayon MKS-nin Həmkarlar İttifaqı Komitəsinin  Gender bərabərliyi üzrə sədri Təhminə Qasımova, Nizami rayon MKS-nin HİK-nin Gender bərabərliyi üzrə sədri Vəfa Məlikqasımova, Xəzər rayon HİK-nin sədri Leyla Sadıqova və digər qonaqlar iştirak etdilər.
Tədbiri Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin Həmkarlar İttifaqı Komitəsinin Gender bərabərliyi üzrə sədri Təhminə Qasımova açaraq qadın zorakılığı barədə danışdı, bu problemin bu gün aktual olduğunu bildirdi. T.Qasımova öz çıxışında zorakılığın qurbanlarının həmişə qadınlar olduğunu və müasir dövrdə bu problemin qabardılması üçün Beynəlxalq Millətlər Təşkilatı 1999-cu il 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətini  buna yönəltmək və bu mövzuda qeyri-hökumət təşkilatlarının tədbirlər görməsinə çağırmaq olduğunu bildirdi və “Qadın zorakılığı və Gender bərabərliyi” haqqında geniş məlumat verdi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə və digər qonaqlar tədbirin əhəmiyyətindən və qadınların necə zorakılığa məruz qalmalarından, bunların qarşısının alınmasına görə qadın hüquqlarını qoruyan təşkilatların fəaliyyət göstərməsindən, qadınların öz hüquqlarını bilmələrindən və özlərini hansı yollar vasitəsi ilə müdafiə etmələrindən danışdılar. Bildirildi ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı ölkəmizdə böyük nailiyyətlər əldə edilib.
Sonda qadın zorakılığı ilə bağlı videoçarx izlənildi və tədbir haqqında fikir mübadiləsi aparıldı.

Keçidlər