Sabunçu rayonunda Beynəlxalq Əlillər gününə həsr olunmuş sərgi təşkil olundu
01 dekabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin ,Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzində 03-Dekabr Beynəlxalq Əlillər gününə həsr olunmuş gənc əlilərin əl işlərinən ibarət sərgi keçirilmişdir.
Sərgidə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin Arzu Məmmədova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov və Sabunçu rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinin direktoru Rəhilə Həsrətova və mərkəzdə təhsil alan fiziki məhdudiyyətli insanlar iştirak etdilər.
İlk öncə sərgiyə baxış keçirildi. Daha sonra gənclər paralimpiyanın BOCCİA idman növü üzrə bacarıqlarını da nümayiş etdirdilər. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk olaraq 14 dekabrda BOCCİA idman növü üzrə keçiriləcək ”III SENİ CUP” turnirdə iştirak edəcək gənclərə uğurlar arzuladı. A.Vəliyev qeyd etdi ki, ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi qayğısı, əlillərin həyat şəraitinin yaxşılaşdırılmasına və onların ictimai hüquqlarının qorunmasına hərtərəfli imkan yaradıb. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdən olduğunu vurğuladı.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşamaları üçün zəruri tədbirlər həyata keçirildiyini qeyd etdi.
Sonda 1saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə-reabilitasiya mərkəzinin gənc Əlilləri 5 sənət növü - tikiş, rəssamlıq, toxuma, ağac üzərində oyma və xalçaçılıq üzrə nailiyyətlərinə görə diplom və mükafatlarla təltif olundular.