Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda abadlıq işləri davam etdirilir

03 aprel 2013 | 19:00

Sabunçu rayonunun bütün qəsəbələrində  abadlıq-quruculuq işləri üzrə böyük işlər aparılır. Qəsəbələrdə yolların təmiri, asfaltlaşdırılması istiqamətində işlər davam etdirilir. Belə ki, Maştağa qəsəbəsinin M.Ə.Sabir, Nizami, M.Hüseyn, Daş karxanası küçələrinə və “Savalan” yaşayış massivinə ümumilikdə 40.000 kv.m, Zabrat qəsəbəsinin M.Hüseyn, Montin, N.Nərimanov küçələri və Yeni yaşayış sahəsinə 36.000 kv.m –dən çox, Sabunçu qəsəbəsinin Y.Qasımov, M.Ə.Rəsulzadə, Ə.Məmmədəliyev küçəsinə ümumilikdə 9500 kv.m , Bakıxanov qəsəbəsi Axundov küçəsinə 500  kv.m asfalt örtüyü vurulmuşdur. Bakıxanov qəsəbəsi Eldar Xəlilov küçəsində böyük abadlıq işləri görülmüş, qeyri-qanuni tikililər sökülmüş, küçə işıqları yenilənmişdir. Aprel-may aylarında Nardaran qəsəbəsində məhəllədaxili küçələrin abadlaşdırılması üçün 50.000 kv.m asfalt örtüyünün salınması planlaşdırılmışdır.

Cari ilin 3 ayı ərzində ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması üzrə də xeyli işlər görülmüşdür.

Hal-hazırda “Balaxanıneft NQÇİ”-nin (Balaxanı Əməliyyat şirkəti) 1,  5 və 6-cı mədənlərinin ərazisində 4 ha ərazidə, “Azgerneft” MMC-nin mədən ərazisində 3 ha-dan çox sahədə gölməçələrin qurudulması, rekultivizasiya işlərinin aparılması davam etdirilir.

Rayon ərazisində mütəmadi olaraq iməcliklər təşkil edilmişdir. Belə ki, hal-hazırda Bakıxanov qəsəbəsinin Mehmandarov və Fətəliyev  küçələri boyu yol kənarlarına 300-dən çox Gəncə çinarı əkilmiş,  bu işlər digər küçələrdə də davam etdirilir.

Rayon ərazisində yaşıllaşdırma işləri davam etdirilir. Belə ki, “Koroğlu” metrostansiyasından “Atəşgah” dairəsinə qədər yolun sağ tərəfində 2000 m uzunluğunda təxminən 40000 kv.m ərazidə geniş rekultivizasiya işləri aparılmaqla yaşıllıq zolaqları salınmışdır. Hal-hazırda bu işlər Bakıxanov dəmiryolu keçidinin ərazisində davam etdirilir.

Keçidlər