Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “3 dekabr- Beynəlxalq əlillər günü” qeyd olundu

02 dekabr 2016 | 20:00

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən   “3 Dekabr - Beynəlxalq Əlillər Günü” Ümummilli Liderimiz Heydər Əliyevin müvafiq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur.
03 dekabr 2016-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ülvi” şadlıq sarayında “Beynəlxalq Əlillər günü” münasibətilə tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, Rayon Prokuroru Ceyhun Şirinov, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon Dövlət Sosial Müdafiə Fondunun rəisi Məzahir Vəliyev, Sabuncu rayon “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Şurası”nın, Sabunçu rayon “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin, Sabunçu Rayon “Çernobıl Əlillər Cəmiyyətinin”, Azərbaycan Əlillər Cəmiyyəti”nin sədrləri, eləcə də Böyük Vətən və Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edənlər, həmçinin gözdən əlillər, anadangəlmə xəstələr və müxtəlif səbəblərdən əlil olmuş 150 nəfər iştirak etdilər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbir iştirakçılarını salamlayan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev  ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin qayğısı ilə əhatə olunduğunu və onların bütün problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanıldığını qeyd etdi. A.Vəliyev bildirdi ki, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması, onların cəmiyyətimizdə bərabərhüquqlu üzv kimi yaşaması üçün zəruri tədbirlər həyata keçirilir. Xüsusi qayğıya ehtiyacı olan bütün vətəndaşlar kimi, əlillərin də rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli möhtərəm Prezidentimiz İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğuladı. Bu gün  möhtərəm Prezidentimiz cənab İlham Əliyevin əlil vətəndaşlara göstərdiyi diqqət və qayğıdan, bu istiqamətdə Sabunçu rayonunda həyata keçirilən işlərdən danışdı. Qeyd olundu ki, rayonda qeydiyyatdan keçmiş 5343 nəfər müxtəlif əlillik dərəcəsinə malik vətəndaşlar yaşayır.
Çıxış edən Rayon Məhkəməsinin sədri İlqar Abbasov və Rayon Dövlət Sosial Müdafiə Fondunun rəisi Məzahir Vəliyev ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu qeyd etdilər.
Sabunçu rayon “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Zülfüqar Cəfərov və digər tədbir iştirakçıları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığını bildirdilər.
Tədbir əyləncəli proqramla davam etdi, sonda isə Rayon İcra Hakimiyyəti tərəfindən tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.

Keçidlər