Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on üçüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi

09 dekabr 2016 | 20:00

10 dekabr 2016-cı il tarixdə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbdə Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasının on üçüncü ildönümünə həsr olunmuş anım tədbiri keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Dilarə Cəbrayılova, RİH başçısının müavinləri, şöbə müdirləri, Yeni Azərbaycan Partiyasl Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, icra strukturlarının, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
  İlk olaraq tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra 148 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən dahi şəxsiyyətin mənalı ömür yolu, həyat və fəaliyyətini əks etdirən bədii kompozisiya təqdim olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək : “Heydər Əliyev elə şəxsiyyətdir ki, onun adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılmışdır. Dahi rəhbər hakimiyyətdə olduğu illərdə respublikamız böyük inkişaf yolu keçmiş, onun müdrik, uzaqgörən siyasəti sayəsində xalqımızın adı dünya xalqları arasında özünə layiqli yer tutmuşdur. A.Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın bərpa etdiyi müstəqilliyi üçün təhlükənin yarandığı bir dövrdə xalqın təkidli tələbi ilə Azərbaycan rəhbərliyinə gəldiyini, həmin dövrdə Heydər Əliyevin müdrik siyasəti nəticəsində müstəqilliyin qorunub saxlanıldığını, onun müasir Azərbaycan Respublikasının banisi olduğunu vurğulayıb. Dağlıq Qarabağ münaqişəsində atəşkəs rejiminin əldə olunması, Ermənistanın təcavüzkar siyasətinin, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan Respublikasının bugünkü sürətli sosial-iqtisadi inkişafının, sabitliyinin Heydər Əliyev siyasətinin nəticələri olduğunu qeyd etmiş, hazırda da bu müdrik siyasətin ölkə rəhbərimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı.
Sonda 148 nömrəli tam orta məktəbin ibtidai sinif şagirdlərindən ibarət “Gənc Heydərçilər” xorunun ifasında “Əbədiyaşar Liderimiz” mahnısı səsləndi.

Keçidlər