Sabunçu rayonunda 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar ümumtəhsil müəssisələrində silsilə tədbirlər keçirildi
17 yanvar 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının “20 Yanvar” faciəsinin iyirmi yeddinci ildönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən 17 yanvar 2017-ci il tarixində Zabrat qəsəbəsin 75 saylı tam orta məktəbdə, 18 yanvar 2017-ci il tarixində Sabunçu qəsəbəsi 170 saylı tam orta məktəbdə Sabuncu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova, Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu Ramilə Quliyeva, İctimai Birliklərin nümayəndələri, məktəb direktorları, şagird və valideynlərin iştirakı ilə "20 Yanvar qanlı və şanlı tariximiz” adlı tədbirlər keçirildi.
Tədbirlərdə 20 Yanvar faciəsini əks etdirən sərgilər təşkil olunmuş, şagirdlərin ifasında şeirlər, səhnəciklər və musiqi kompozisiyalar təqdim olunmuşdur. Tədbirdə Sabuncu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova çıxış edərək bildirdi ki, Qanlı Yanvar faciəsinin qurbanları hec vaxt unudulmaycaq. 20 Yanvar xalqımızın azadlıq mübarizəsinin parlaq səhifəsidir. 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. O gündən keçən müddət ərzində Azərbaycan demək olar ki, təmamilə yeni mərhələyə qədəm qoydu. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir. 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Şəhidlərimizin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Sonda mövzu ətrafında şagirdlərlə vətənpərvər ruhda diskussiya aparıldı.