Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 90-illiyi ilə əlaqədar Sabunçu rayonunda tədbir keçirilmişdir.

11 aprel 2013 | 19:00

2013-cü il aprelin 11-də Sabunçu rayonunda yerləşən 309 nömrəli tam orta məktəbin akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olması ilə əlaqədar geniş tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri ilə yanaşı Bakı Şəhər Təhsil İdarəsinin, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri iştirak etmişdir.

Tədbirə dəvət olunan xalq şairi Nəriman Həsənzadə Ulu Öndər Heydər Əliyevin yaradıcı insanlara, yazıçılara, incəsənət xadimlərinə, mədəniyyət işçilərinə olan diqqət və qayğıdan söz açdı. Tədbirdə 309 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə səhnəciklər göstərildi. Ulu Öndərə aid şeirlər söylənildi və şairin sözlərinə bəstələnmiş mahnilar oxundu.

Keçidlər