Sabunçu rayonunda fəaliyyət göstərən Dini İcmalar tərəfindən 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi
17 yanvar 2017 | 20:00
20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümünün rayon ərazisində keçirilməsi ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq 18.01.2017-ci il tarixində Bakıxanov qəsəbəsində yerləşən “İmam Rza” Məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsinin, YAP-ın Sabunçu rayon təşkilatının gənclərinin, qəsəbələrdə fəaliyyət göstərən Dini İcma sədrlərinin, məscidlərin axundlarının və 20 Yanvar əlillərin iştirakı ilə anım mərasim keçirilmişdir.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra“İmam Rza” Məscidinin axundu Əmirxan Tahirov şəhidlərin ruhuna dualar oxudu və bildirdi ki, Azərbaycan xalqı heç zaman bu hərbi cinayəti unutmayacaq, onu törədənləri bağışlamayacaqdır. Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi həmişə uca tutulacaq.
Sabunçu rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov çıxış edərək, 20 Yanvar faciəsi zamanı ölkəmizdə, SSRİ məkanında baş verən siyasi hadisələr, Qanlı 20 Yanvar hadisəsinin baş vermə səbəbləri, müstəqillik uğrunda Azərbaycan xalqının necə əzmkarlıqla mübarizə apardığı, heç nədən qorxmadan təpədən-dırnağa qədər silahlanmış Qızıl Orduya qarşı əliyalın çıxmaqları, o qanlı yanvar gecəsində günahsız insanların gülləboran edilməsi, o hadisələr vaxtı insanların necə bir olmaları, bu hadisənin Azərbaycan xalqının yaddaşında qanlı tarix kimi əbədi yazıldığını bildirmişdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Aslan Sultanov, 20 Yanvar Cəmiyyətinin Sabunçu rayon şöbəsinin sədri Rövşən Abbasov, “Rəhimə xanım ziyarətgahı”nın Dini İcmanın sədri Musa Qasımov o hadisələrdə millətin əzmkarlığından, cəsarətindən, ağrılı-əzablı günlərdən söz açdılar, millətin ağır günündə Ulu öndər Heydər Əliyevin cəsarətli addımı, dünyaya 20 Yanvar hadisəsinin qətliyam olduğu barədə bəyanəti onun necə uzaqgörən, millətini, vətənini sevən dahi bir şəxsiyyət olduğunu xüsusi vurğuladılar.