Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 20 Yanvar şəhid ailələri və əlillərlə görüş keçirildi

18 yanvar 2017 | 20:00
Xalqımızın qan yaddaşında əbədi yaşayacaq “20Yanvar” faciəsinin iyirmi yeddinci il dönümü ilə əlaqədar Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən 19 yanvar 2017-ci iltarixdə “20 Yanvar” əlilləri və şəhid ailələri ilə görüş keçirildi.
İlk öncə “20 Yanvar” şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək 1990-cı ilin 20 yanvarını qəhrəmanlıq səhifəsi kimi tarixə düşdüyünü vurğuladı. G.Məmmədov bildirdiki : ” Bu faciə xalqımızın azadlıq uğrunda mübarizəsini beşikdə boğmaq məqsədi daşıyrdı. Lakin sovet imperiyası özçirkin məqsədlərinə çata bilmədi. Azərbaycan xalqı vəhşiliklə həyata keçirilən bu cəza tədbirindən qorxmadı, əksinə azadlıq arzularının həyata keçirilməsinə nail oldu.
“20 Yanvar” Cəmiyyəti Sabunçu rayon şöbəsinin sədri RövşənAbbasov, şəhid ailələrinin üzvləri görüşdə çıxış edərək göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə və əlillərə maddi və ərzaq yardımları paylanıldı.
Keçidlər