Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

29 yanvar 2017 | 20:00

30 yanvar 2017-ci il tarixdə Rayon Gənclər Evində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.

Hesabat yığıncağında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, aparatın şöbə müdirləri, məsul işçiləri, xidmət  sahələrinin rəhbərləri və qəsəbə  sakinləri  iştirak etdilər. Yığıncaqda Rayon İcra Hakimiyyətinin başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi Vidadi Səlimov və Bakıxanov Bələdiyyəsinin sədri Ramis Nəsibov hesabat məruzəsi ilə çıxış etdilər.
Məruzə ətrafında qəsəbə sakinlərindən Mehrabov Mürvət, Mehtiyeva Fəridə, Abbasova Mehriban və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş etdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan söz açaraq,  2016-cı ildə rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi və gələcəkdə Sabunçu rayonunun qəsəbələrinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işləri diqqətə çatdırdı.
Keçidlər