Sabunçu rayonunda “Narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı maarifləndirici tədbir keçirildi
20 fevral 2017 | 20:00
21 fevral 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və rayonun Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseyin birgə təşkilatçılığı ilə məktəbin akt zalında “Narkomanlıqla mübarizə hər birimizin borcudur ” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, 252 nömrəli məktəb-liseyin direktoru Xədicə Eminova və məktəbin şagird və müəllim kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışdı. G.Məmmədov narkomanlıq və narkobiznes cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir gostərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır və cinayətkarlığın artmasına səbəb oduğunu qeyd etdi. Çıxış edən Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərin də olması böyük təəssüf hissi doğurduğunu qeyd edərək gənclərə diqqətli və ehtiyatlı olmalarını bildirdi.
Tədbirdə digər natiqlər də yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdıqdan sonra Bakı Uşaq Teatrının aktyorları tərəfindən mövzuya aid səhnəcik nümayiş olundu.