Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi

21 fevral 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən 22.02.2017-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli məktəb-liseydə rayon ümumtəhsil məktəblərinin Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rəsm müsabiqəsi keçirildi.
Tədbirdə Sabunçu RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, Rayon Gənclər və İdman İdarəsinin məsul işçiləri Pərvanə Əliyeva və Mənzər Rzayeva  “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyev, 252 nömrəli məktəb-liseyin direktoru Xədicə Eminova və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi iştirk etdilər.
İlk olaraq Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş rayon orta ümumtəhsil müəssisələrinin şagirdlərinin hazırladıqları rəsm sərgisinə baxış keçirildi. Daha sonra tədbir məktəbin akt zalında şagirdlərin ifasında faciəni əks etdirən bədii-kompazisiya nümayiş etdirildi.
Çıxış edən Sabunçu RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, “Müharibə, əmək və silahlı qüvvələr veteranlar şurası”nın Sabunçu rayon təşkilatının sədri Elxan Mirzəyev və digər natiqlər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş dəhşətli soyqırımın azərbaycanlıların  yaddaşından silinmədiyini qeyd edərək, Xocalı soyqırımı XX əsrdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş növbəti kütləvi qırğın olmaqla bərabər, həm də Azərbaycanın ərazi bütövlüyünə və dövlət müstəqilliyinə qarşı yönəlmiş ənənəvi terror siyasətinin əyani təzahürü olduğunu bildirdilər.
Sonda keçirilmiş rəsm müsabiqəsinin qaliblərinə Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar təqdim olundu.
Keçidlər