Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunnçu rayonunda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi

22 fevral 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən 23 fevral 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin akt zalında Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavin Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə müdiri, polkovnik Rasim Şirinov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi, polkovnik Rövşən Babayev, RİH başçısı aparatının məsul işçiləri, Xidmətin yerli idarə, şöbə və bölməsinin şəxsi heyəti, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda və Xocalı soyqırımı zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirilmiş və  Xocalı faciəsinin tarixi yaddaşlardan heç vaxt silinməyəcəyi vurğuladı.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər natiqlər çıxış edərək Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Xocalı soyqırımının təfərrüatlarından, erməni təcavüzkarlarının törətdikləri vəhşiliklərdən, amansızlıqlardan, cinayətin yaddaşlardan silinməyəcək dəhşətlərindən və xocalılıların qeyri-bərabər savaşda erməni hərbi birləşmələrinə qarşı igidliklə döyüşmələrindən bəhs etdilər.
Sora 311 nömrəli tam orta məktəbin şagirdləri Xocalı soyqırımına həsr olunmuş bədii- kompazisiyaya nümayiş etdirdilər, səsləndirilən hər bir şer qisasa çağırış kimi yaddaşlara yazıldı.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi vətənpərvərlik tərbiyyəsində xidmətinə görə Sabunçu rayon, Pirşağı qəsəbəsində yerləşən Xocalı şəhər 2 saylı tam orta məktəblinin direktoru Fiqurə Rüstəmovaya diplom təqdim edildi.
Keçidlər