Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi

24 fevral 2017 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı təsdiq edilmiş tədbirlər planına əsasən 25 fevral 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbin akt zalında Xocalı faciəsinin iyirmi beşinci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, RİH-i başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, icra strukturlarının rəhbərləri, rayon ictimaiyyəti nümayəndələri və Xocalı sakinləri iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda və Xocalı soyqırımı zamanı şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bildirdi ki, Xocalı soyqırımı kimi görülməmiş qəddarlığa məruz qalmaq bu dəhşətli faciəni yaşamaq nə qədər ağır olsada Azərbaycan xalqı sınmadı, əyilmədi. A.Vəliyev Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsinin geniş ictimaiyyətə çatdırılması üçün Ümummilli lideri Heydər Əliyevin böyük əməyi olduğunu qeyd etdi. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilmiş, faciənin dünya ictimaiyyətinin nəzərlərinə çatdırılması məqsədi ilə işlərə başlanmışdır. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildöümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarlarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin əsil iç üzü göstərilir. Azərbaycan xalqının yenilməzliyindən, haqq - ədalətin qalib gələcəyindən, möhtərəm Prezident İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində işğal altında olan müqəddəs torpaqlarımıza qovuşacağımızı əminliklə vurğuladı.
Xocalı Şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edərək Xocalı faciəsi barədə ətraflı məlumat verdilər, xalqımızın tarixində ən qanlı hadisələrdən biri olan, erməni silahlı dəstələri tərəfindən soydaşlarımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdilər və Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımlar atdığını qeyd etdilər.
Sonda 112 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladıqları Xocalı soyqırımının dəhşətlərini əks etdirən ədəbi-bədii kompozisiyanın nümayiş etdirdilər. Şagirdlər öz çıxışlarında Xocalı soyqırımı haqqında danışaraq bu dəhşətli faciəni törədənləri pislədilər.
Keçidlər