Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2013-cü ilin birinci rübünün yekunları

26 aprel 2013 | 19:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Sabunçu rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, rayonun sənaye müəssisələri,  təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunmuşdur.
         Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının inzibati binasında olan yığıncağı Sabunçu rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev giriş sözü ilə açdı.
         Aprelin 14-də Azərbaycan Respublikası Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. Dövlət başçısı iclasda geniş nitqlə çıxış edərək son üç ayda ölkə həyatının bütün sahələrində görülən işlərin aydın mənzərəsini yaratmış, qarşıda duran həlli vacib vəzifələri müəyyənləşdirmişdir.
         Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının davamlı olması Azərbaycanı daha da qüdrətləndirir. Son 10 il ərzində ölkədə ÜDM 3 dəfə, qeyri-neft sektorunda isə 2,4 dəfə artmışdır. Strateji valyuta ehtiyatlarımız 28,8 dəfə artaraq 48 milyard dollara çatmışdır. Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır. Həmin dövr ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 olimpiya idman kompleksi və digər sosial yönümlü obyektlər istifadəyə verilmişdir. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının dörddə üç hissəsi Azərbaycanın payına düşür. “Qlobal Rəqabətlik Hesabatı”nda ölkəmiz 144 ölkə arasında 46, MDB məkanında isə ardıcıl olaraq dörd ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan “Yüksək insan inkişafı” və “Yuxarı orta gəlirli ölkələr” qrupuna daxildir.
         Beləliklə, bütün mənalı həyatını öz xalqına həsr etmiş Heydər Əliyevin perspektivdə nəzərdə tutduğu iqtisadi ideyalar və arzular artıq gerçəkliyə çevrilmişdir. Cənab Prezident İlham Əliyev öz çıxışında 2013-cü ildə keyfiyyətcə daha da böyük nəticələr əldə ediləcəyini bildirmiş, birinci rübdə ümumi daxili məhsulun 3,1 faiz və ya 395,2 milyon manat artaraq 12,9 milyard manat, qeyri-neft sektorunun inkişafının isə 11,4 faiz olduğunu qeyd etmişdir. O da qeyd edilməlidir ki, ÜDM-in 48,7 faizi neft-qaz sektorunda, 51,3 faizi isə iqtisadiyyatın qeyri-neft sahələrində istehsal olunmuşdur. Orta hesabla ölkənin hər bir sakini üzrə, yəni adambaşına düşən ÜDM istehsalı 1399,6 manata (1783,4 dollara) bərabər olub.
         İnsanların rifah halına təsir edən inflyasiya birinci rübdə 1,2 faiz olmuş, əhalinin pul gəlirləri isə 6 faiz artmışdır. Cari ilin əvvəlindən ölkədə 30 min yeni iş yeri açılmışdır ki, bunlar da əsasən qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrin inkişafı ilə bağlı olmuşdur.
         Dövlət başçısı müşavirədə əsas hədəf kimi idxalın azalması, yerli istehsalın gücləndirilməsi, yeni iş yerlərinin yaradılmasını bir daha qeyd etmişdir. Bu məqsədlərə tam nail olmaq üçün gələcəkdə də Dövlət səviyyəsində kompleks tədbirlər planlarının o cümlədən bölgələrdə müasir infrastruktur layihələrinin daha sürətlə davam ediləcəyini bildirmişdir.
         Daha sonra “2013-cü ilin I rübündə Sabunçu rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında” Sabunçu rayon İcra Hakimiyyəti başçısının I müavini Qəzənfər Həsənov çıxışı dinlənildi.
         2013-cü ilin I rübündə bizim rayonun iqtisadiyyatında da artım davam etmiş, Dövlət Proqramları çərçivəsində və başqa mənbələr hesabına infrastruktur layihələri həyata keşirilmiş, yeni sosial əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilmişdir.
         Cari ilin I rübündə rayonun sənaye müəssisələri və idarələri tərəfindən istehsal edilmiş məhsulun ümumi həcmi 18 faiz artaraq 78,9 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 15,2 faiz artaraq 147,97 milyon manat, əhaliyə göstərilən pullu xidmətlər 19,4 faiz artaraq 65,3 milyon manat, əsas kapitala yönəldilən investisiyalar isə 22,1 faiz artaraq 15,95 milyon manat təşkil etmişdir. Bir işçiyə hesablanmış orta aylıq əmək haqqı ötən ilin müvafiq dövründəkinə nisbətən 14,6 faiz artaraq 417,2 manat, sənaye müəssisələrində isə 12,5 faiz artaraq 605,8 manat olmuşdur. Hesabat dövründə rayonda 589 yeni iş yeri yaradılmışdır.
         O da qeyd edilməlidir ki, bir sıra müəssisələrdə cari ilin əvvəlindən adambaşına düşən orta aylıq əmək haqqı daha yüksək olmuşdur. Belə ki, Abşeron qazma işləri idarəsində bu göstərici 908 manat, Azneft Mədəngeofizika idarəsində  975 manat, “Kəşfiyyatgeofizika” idarəsində 747 manat, Azot oksigen ASC-də 766 manat, “Azgerneft” MMC-də 621 manat olmuş, eyni zamanda “Bakı Tələbatqabları” ASC (125 manat), “M.Əzizbəyov adına TSZ” (153 manat), “Azərfarm” LTD (125 manat), “Sərham MMC (125 manat) təqdim olunmuş hesabatlarda çox aşağı səviyyədə olmuşdur.
         Hesabat dövründə Sabunçu rayon Məşğulluq Mərkəzinə iş axtarmaq məqsədilə 299 nəfər müraciət etmiş, bunlardan 124 nəfəri işlə təmin olunmuşdur.
Cari ilin əvvəllərindən mərkəz tərəfindən 12 müəssisənin iştirakı ilə 3 dəfə “Mini Əmək Yarmarkası” keçirilmiş, iş axtaranlara 100-ə yaxın boş iş yerləri təqdim olunmuşdur.
         Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2013-cü ilin I rübündə 737 ailəyə (3007 nəfər ailə üzvü olmaqla) orta hesabla hər ailəyə 132 manat Dövlət sosial yardımı təyin olunmuşdur.
         Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman və Sərəncamlarına əsasən 2100-ə yaxın şəhid, əlil, Milli Qəhrəman və digər aztəminatlı vətəndaşlara sosial müavinətlər təyin olunmuş, mərkəzin əməkdaşları tərəfindən 267 nəfər ahıl, kimsəsiz, əlil vətəndaşlara evlərdə xidmət göstərmişdir.
Hesabat dövrü ərzində 324 nəfər vətəndaşa pensiya təyin edilmişdir. Ümumiyyətlə rayon üzrə 30137 nəfər pensiyaçı vardır ki, bunlardan 19438-i yaşa görə, 8062-i əlilliyə görə, 2637-i ailə başçısını itirdiyinə görə təyin edilmiş pensiyalardır.
         Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə mart ayında rayondan 20 nəfər sahibkara 100 min manat məbləğində güzəştli şərtlərlə kreditlər verilmişdir və gələcəkdə də davam etdiriləcək.
         İlin əvvəlindən rayonun sosial-iqtisadi inkişaf planına uyğun olaraq rayon ərazisində Respublikanın və şəhərin müvafiq mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına xeyki sosial əhəmiyyətli obyektlərin, qurğuların tikinti-quraşdırma və abadlıq işlərinin aparılması təmin edilmişdir.
         Belə ki, “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində nəzərdə tutulmuş işlər cari ilin I rünündə də davam etdirilmişdir.
         Hazırda 252 və 155 saylı məktəblər üçün yeni korpusların tikintisi, 5 təhsil və 3 səhiyyə müəssisəsində əsaslı təmir işləri davam etdirilir. Heydər Əliyev Fondu tərəfindən isə Pirşağı qəsəbəsindəki 112 saylı məktəb üçün yeni 650 şagird yerlik bina mart ayının 14-də istifadəyə verilmişdir.
         Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli 50 yerlik ixtisaslaşdırılmış reabilitasiya və 50 yerlik sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli tədris bərpa mərkəzlərinin tikintisinə başlanılmışdır. Hal-hazırda həmin obyektlərdə işlər davam edir. Qeyd etmək lazımdır ki, hər üç binada xəstələrin sağlamlığının bərpası üçün əlavə idman korpuslarının tikintisi də nəzərdə tutulmuşdur. Bundan başqa Bilgəh qəsəbəsində Müharibə və Əmək Əlilləri pansionatı üçün 5 mərtəbəli 170 nəfərlik korpusun tikintisinə başlanmışdır. İşlər başa çatdıqdan sonra əsas korpusda 180 nəfər, yeni korpusda isə 170 nəfər olmaqla, pansionatda, ümumilikdə 350 nəfərə xidmət göstəriləcəkdir. Həmçinin pansionatda tənha, ahıl və əlillərin daha keyfiyyətli tibbi-sosial xidmətlərlə təmin edilməsi, habelə asudə vaxtlarının mənalı təşkili üçün kitabxana, idman zalları, onların məşğulluğu üçün emalatxanaların yaradılması nəzərdə tutulmuşdur.
         Sabunçu qəsəbəsi, Şəhər Şossesi küçəsi 5-ci döngədə yerləşən 8 saylı qəzalı bina sökülərək yerində 3 mərtəbli yaşayış evi tikilir. Hazırda binada tamamlanma işləri aparılır. Ümumiyyətlə rayon ərazisində belə qəzalı vəziyyətdə olan 10-a yaxın bina qeydə alınmışdır ki, bunlarla bağlı da müvafiq tədbirlər görülməkdədir.
         Hazırda Zabrat qəsəbəsindəki kəskin qəza vəziyyətində olmuş, keşmiş 2N-li uşaq bağçasının binasında məskunlaşmış 10 ailə köçürülməklə icra hakimiyyəti tərəfindən orada təmir-bərpa işləri davam etdirilir.
         Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidən qurma əsaslı təmir işləri ilə yanaşı Bakıxanov qəsəbəsi ərazisində bir sıra o cümlədən də rayon Prokurorluğu, rayon və 2 saylı Bakı İnzibati İqtisad Məhkəmələri, Gənclər evi üçün binalar inşa edilməkdədir.
         Bakıxanov qəsəbəsində Heydər Əliyev adına istirahət parkında xüsusi layihə əsasında yenidənqurma işləri davam etdirilməklə yanaşı orada Heydər Əliyev Mərkəzinin də inşasına başlanılmışdır.
         Bakıxanov qəsəbəsinin Y.Əliyev küçəsi boyu 2012-ci ilin ortalarından başlanmış yenidənqurma, abadlıq, genişləmdirmə işləri 2013-cü ildə də davam etdirilmiş. Y.Əliyev və E.Mehdiyev küçələrinin kəsişməsində Komsomol dairəsinə tərəf gedən 800 m-ə qədər yolun sağ və sol tərəfinə çəkilmiş hasarların aqlayla üzlənməsi, dəmiryolu keçidindən Sabunçu körpüsünə kimi yolun hər iki tərəfində xüsusi layihə əsasında abadlıq və yaşıllaşdırma işləri başa çatmaq üzrədir. Y.Əliyev küçəsində aparılan yenidən qurma işləri ilə bağlı bir sıra kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, oradakı yüksək gərginlikli hava xətti yeraltı xətlərlə əvəz edilmişdir. Bundan başqa dəmiryolu vağzalı ətrafında ötən əsrin               80-90-cı illərində plansız inşa edilmiş onlarca ticarət, ictimai iaşə və digər obyektlərin oradakı obyekt sahiblərinin razılığı ilə sökülərək yerində müasir tələblərə cavab verən uzunluğu 250 m, eni 60 m, 3 mərtəbəli modern tipli ticarət mərkəzinin tikintisinə hazırlıq işləri aparılır.
         Bakıxanov qəsəbəsinin Y.Əliyev, M.Fətəliyev, S.Mehmandarov küçələrində aparılan yenidən qurma və abadlıq işləri ilə bağlı tikinti norma və qaydalarına cavab verməyən onlarca yöndəmsiz obyekt, eyvan, hasar, qaraj və çəpərlər sökülmüş, hazırda xüsusi hazırlanmış layihələr əsasında yaşayış binalarının fasadları aqlayla üzlənir, fasad tərəfdən qapı və pəncərələr dəyişdirilməklə yastı dam örtükləri hündür metal örtüklərlə əvəz olunur. Artıq bu binalardan 17-də işlər başa çatdırılmış, 5-də isə davam etdirilir.
         Ümumiyyətlə 2013-cü ilin sonuna kimi Bakıxanov qəsəbəsinin Sülh, Gənclik, R.Qənbərov və sair mərkəzi küçələrinin yollarının genişləndirilməsi, yeni səkilərin salınması, yaşayış binalarının aqlayla üzlənməsi, dam örtüklərinin, qapı-pəncərələrinin yeniləşdirilməsi, müasir küçə işıqlarının quraşdırılması, yaşıllıq zolaqlarının salınması və digər abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur ki, nəticədə qəsəbənin həmin mərkəzi küçələrinin görkəmi əsaslı surətdə dəyişəçək.
         Rayonda əsasən köhnə neft-mədən ərazilərində rekultivasiya işlərinin aparılması çirkli gölməcələrin doldurulması işləri davam etdirilmiş, Yeni Ramana və Sabunçu qəsəbələri arasında köhnə yod zavodunun tikililəri sökülərək, oradakı tullantılar təmizlənərək hazırda 6,5 ha sahədə Fövqəladə Hallar Nazirliyi tərəfindən park salınır, bu işlərdə başa çatmaq üzrədir.
         Cari ilin əvvəllərindən əhalinin qaz, su, el.enerjisi, istilik, rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində və eləcə də mənzil fondunun təmir-bərpası üzrə də xeyli işlər görülmüş və indi də davam etdirilir ki, bu barədə geniş məlumat verilməsinə ehtiyac duymuram. Belə ki, bunlarla bağlı burada məndən sonra çıxış    edəcək şəxslərdə bəzi məlumat verəcəklər.
         Qəsəbələrdə yolların təmiri, asfaltlaşdırılması üzrə işlər davam etdirilir. Belə ki, Maştağa qəsəbəsinin M.Ə.Sabir küçəsi, Daş karxanası yaşayış massivinə ümumilikdə 11000 m2, Zabrat qəsəbəsinin M.Hüseynzadə, P.Montin, N.Nərimanov, Şahbazov, 1 May, S.Vurğun, Çkalov, S.Cəfərov küçələri, yeni yaşayış sahəsi, 28-ci məhəllə, eləcədə Asfalt zavod - Kərpic zavod istiqamtində dairəvi yola ümumilikdə 56000 m2, Sabunçu qəsəbəsinin İ.Aslanov, Y.Qasımov, Rəsulzadə, Ə.Məmmədəliyev küçələrinə ümumilikdə 9500 m2, Bakıxanov qəsəbəsinin 4090/94-cü məhəllə, Y.Qasımov, Axundov küçələrinə 2400 m2 asfalt örtüyü vurulmuşdur. Bu işlər rayonun Bakıxanov, Maştağa, Zabrat, Nardaran, Ramana və digər qəsəbələrində bu gündə davam etdiriləcək.
         Rayon ərazisində mütəmadi olaraq iməcliklər təşkil edilmiş, Bakıxanov qəsəbəsinin Mehmandarov və Fətəliyev küçələri boyu yol kənarlarına 500-dən çox çinar ağacları əkilmişdir. Bu işlər digər ərazilərdə də davam etdirilir. Belə ki, “Koroğlu” metrostansiyasından “Atəşgah” dairəsi istiqamətində yolun sağ tərəfində 2000 m uzunluğunda təxminən 40000 m2 ərazidə geniş rekultivizasiya işləri aparılmaqla yaşıllıq zolaqları salınmışdır. Bu işlər Bakıxanov dəmiryolu keçidinin ərazisində də davam etdirilir.
         2013-cü ilin I rübü ərzində qəsəbə nümayəndəlikləri, bələdiyyələr və Mənzil Kommunal İstismar Sahələri tərəfindən zibil meydançalarının vaxtı-vaxtında daşınıb-təmizlənməsi, abadlıq, yaşıllaşdırma işlərinin aparılması üzrə xeyli işlər görülmüşdür.
         Sanitar-təmizlik və abadlıq işlərinin daha intensiv və keyfiyyətlə aparılmasında ötən il MKTB-nin yeni texnika ilə təchizatının böyük rolu olmuşdur. Demək olar ki, artıq bu sahədə ciddi çətinliklər olmur.
         Görülmüş tədbirlər əsasında 280-dən çox məişət tullantıları üçün nəzərdə tutulmuş meydanca təmir edilmiş, onların 80% yeni konteynerlərlə təmin olunmuş, çoxmərtəbəli yaşayış binalarının həyətlərindəki və ətraflardakı 25 qeyri-qanuni tikili, 17 dəmir qaraj, 40-dan çox yöndəmsiz çəpərlər sökülərək ərazi abadlaşdırılmışdır.
         Lakin, hələ də bəzi qəsəbə və mənzil kommunal istismar sahələrinin ərazilərində məişət tullantıları meydançaları vaxtı-vaxtında daşınmır, yollar, küçələr vaxtında süpürülmür, bəzi ərazilərdə abadlıq işləri, qeyri-qanuni zibilxanaların yığışdırılması işləri istənilən səviyyədə deyil.
         Belə ki, Bakıxanov qəsəbəsinin N.İsmayılov, L.Məmmədbəyova, E.Xəlilov küçələrində, Sabunçu qəsəbəsinin Aydınbəyov, Musabəyov, İ.Aslanov, Stansiyayanı, Natəvan küçələrində, Maştağa qəsəbəsinin B.Bağırov, Axund Mirzə Əbdül Kərim, Mirzə Ələkbər küçələri, Albalılıq, Savalan yaşayış massivlərinin ərazilərində, Zabrat qəsəbəsinin M.Hüseynzadə, Axundov, Babək, Şahbazov, X.Vəliyev küçələri və Zərkənd yeni yaşayış massivində, Balaxanı qəsəbəsinin Şəfqət, Dirçəliş, Səfəvilər, Yanardağ və Yeni yaşayış massivində, Ramana qəsəbəsinin Ə.Bağırov, V.Vəliyev küçələri, II və III yaşayış sahələrində, Nardaran qəsəbəsinin Abşeron, A.Zeynal, Şeyx Əli Tuti, Ə.Zeynallı küçələrində, Bilgəh qəsəbəsinin XX Qurultay, Kommuna, Ü.Hacıbəyov küçələri və Zəfəran sovxozunun ərazisində, Kürdəxanı qəsəbəsinin D.Vasif küçəsi, Kürdəxanı-Pirşağı şossesi boyu, Pirşağı qəsəbəsinin sovxoz ərazisində məişət tullantıları vaxtlı-vaxtında daşınmır, küçələr vaxtında süpürülmür.
         Son vaxtlar binalarda liftlərin tez-tez sıradan çıxması, uzun müddət işləməməsi barədə sakinlər tərəfindən şikayətlər daxil olmaqdadır. Belə binalara yerində baxış keçirilərkən məlum olmuşdur ki, MKTB-nin balansında olan 248 sərnişin liftindən 5-nin həmin gün işləməməsi, 48 liftin əsaslı təmirə, 17-nin isə yenisi ilə əvəz olunmasına ehtiyac vardır.
         Eyni zamanda 1 və 3 saylı XT MKTB-in balansında olan 56 liftə baxış keçirilərkən bunlardan 3-nün işləmədiyi və 12-nin əsaslı təmirə ehtiyacı olduğu müəyyən edilmişdir.
         Bir sıra hallarda yeraltı kommunikasiya xətlərinin çəkilişi və təmiri başa çatdıqdan sonra küçələrdə qazılmış sahələr bərpa edilməmişdir ki, nəticədə orada nəqliyyat vasitələri və sakinlərin keçidi çətinləşmiş, narazılıqlara səbəb oilmuşdur.
         Belə ki, “Azərsu” ASC-nin sifarişi ilə müxtəlif podratçı təşkilatlar tərəfindən Bakıxanov qəsəbəsi Ş.Kamilov (“Azərbiznes” firmasının yanı), Xasməmmədov (13-cü PB-nin yanı), Axundov (169 saylı uşaq bağçasının yanı), Fətəliyev 35, A.Əlibabayev (“Arşın malları” marketinin yanı), A.Abdullayev 4, S.Şuşinski 16, 18, 4090/94-cü məhəllə (18 yaşayış binasının ərazisi); Zabrat qəsəbəsi X.Xəlilov (ATS yolu), Oktyabr, M.Füzuli, R.Axundov, G.Nizami, A.Səhhət küçələrində və ATS-dən istixana kombinatına qədər yolda, “Bakıelektrikşəbəkə” ASC tərəfindən Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 40, 38 və Sülh küçəsi 11 və 13 saylı evlərin qarşısında. “Azəriqaz” ASC tərəfindən Bakıxanov qəsəbəsi R.Qəmbərov küçəsində (işıqforun yanı) qazıntı işləri başa çatandan sonra bərpa işləri aparılmamışdır.
         Görülmüş tədbirlər nəticəsində, 30-a yaxın qeyri-qanuni sallaqxana, onlarca yöndəmsiz piştaxta və köşklər sökülərək yığışdırılmış, həmin yerlərdə işləyən vətəndaşlara rayon ərazisində fəaliyyət göstərən bazar və yarmarkalarda fəaliyyət göstərmələri təklif edilmişdir.
         Görülən işlərlə yanaşı, təəsüflə bildiririk ki, bəzi qəsəbələrdə nəzarətin zəifləməsi nəticəsində küçə ticarətində hələ də müəyyən nöqsanlar özünü göstərir. Belə ki, hələ də Zabrat və Sabunçu qəsəbələrinin mərkəzindən keçən yolun kənarlarında heyvan satışına rast qəlinir, Sabunçu qəsəbəsinin Ş.Şossesi, Zabrat qəsəbəsinin Babək, M.Məmmədyarov, Pirşağı qəsəbəsinin Ə.Məlikov və H.Əliyev küçələri boyu yol kənarlarında yerləşən obyektlərin qarşısında iri buynuzlu heyvanlar kəsilir, Bakıxanov qəsəbəsinin Xəstəxanayanı, Maştağa qəsəbəsinin Maştağa-Zabrat (H.Heybətov, Nizami küçəsi) Şəhər Şossesi boyu yol kənarlarında antisanitariya şəraitində təndir çörəkləri bişirilərək əhaliyə satılması davam edir.
         Maştağa qəsəbəsinin Seyid İbad Ağa, Nizami, H.Heybətov, Zabrat qəsəbəsinin Babək, M.Məmmədyarov, Sabunçu qəsəbəsinin bazar ətrafı ərazilərində primitiv köşk və piştaxtalarda kənd təsərrüfatı məhsullarının satışı aparılır.
         Göstərilənləri nəzərə alaraq qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, post patrul xidməti və tibb nəzarəti orqanlarının rəhbərlərindən bir daha tələb edilir ki, qısa bir müddət ərzində bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasını təmin etsinlər.
         Rayon İcra Hakimiyyəti 2013-cü ilin birinci rübündə öz fəaliyyətini Azərbaycan respublikası Prezidentinin təsdiq etdiyi Yerli İcra Hakimiyyəti haqqında əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda bətəndaşların hüquq və mənafelərinin müdafiəsini təmin etməyə, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyə çalışmışdır.
         Cari ilin 3 ayı ərzində İcra Hakimiyyəti Aparatına 1077 ərizə və  545 məktub daxil olmuş İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 60 nəfəri, səyyari görüşlərdə isə 75 nəfər vətəndaş qəbul edilmişdir. Bütün hallarda vətəndaşların müraciət və ərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, yazılı və ya şifahi izahatlar verilmişdir. Zəruri hallarda hər cür müxtəlif köməkliklər göstərilmişdir.
         Belə ki, edilmiş müraciətlər əsasında 3 ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə indi vətəndaşlara İcra Hakimiyyəti, qəsəbələr üzrə nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə maddi yardım, evlərin təmiri, məişət avadanlıqlarının alınması və s. kömək məqsadilə 65 min manata yaxın maddi yardımlar göstərilmişdir.
         Cari ilin 3 ayı ərzində qeyri-qanuni tikililərə qarşı mübarizə tədbirləri davam etdirilmiş, bu müddət ərzində 18 qanunsuz tikilmiş ev,  23 daş hasar, 33 müxtəlif təyinatlı qeyri-qanuni tikililər sökülmüşdür.
         Rayon ərazisində 50 müxtəlif binalarda məskunlaşmış 2100 məcburi köçkün ailələrinin məişət-kommunal şəraitlərinin yaxşılaşdırılması, binalarda müəyyən təmir-bərpa işlərinin, aparılmasına köməkliklər edilmiş, onların enerji, su təchizatı, digər kommunal xidmətlərin göstərilməsi nəzarətdə saxlanılmışdır. Novruz bayramı ərəfəsində rayon ərazisində məskunlaşmış məcburi köçkün, Qarabağ əliləri, şəhid ailələri və digər az təminatlı ailələrə ərzaq bağlamaları verilmiş, digər gündəlik tələbat malları ilə köməkliklər göstərilmişdir.
         Bundan başqa “20 Yanvar hüzn günü”, “Xocalı faciəsi”, “Azərbaycanlıların soyqırımı günü”, “Novruz” bayramı ilə bağlı rayonda hər il olduğu kimi silsilə mərasimlər keçirilmişdir. Hal-hazırda respublikanın bütün bölgələrində olduğu kimi Sabunçu rayonunda da Ulu Öndər Heydər Əliyevin “90 illik yubileyi” ilə bağlı silsilə tədbirlər keçirilir və may ayının sonuna kimi davam etdiriləcək.
         Gələcəkdə də fəaliyyətimizi bu istiqamətdə davam etdirərək ölkə rəhbərliyinin qarşımızda qoyduğu vəzifə və tapşırıqları Sizinlə birgə layiqincə yerinə yetirəcəyik.
         Daha sonra yığıncaqda Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin müdiri Məzahir Vəliyev, Sabunçu Qaz İstismar İdarəsinin rəisi İsmixan Nəsirov, Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini Bəxtiyar Qasımov və Milli Məclisin deputatı Eldar Quliyev çıxış etdilər.
        Tədbirin sonunda rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ədalət Teymurov qərar layihəsini yığıncaq iştirakçılarının diqqətinə çatdırdı.

Keçidlər