Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İlaxır çərşənbə” təntənəli qeyd olundu

13 mart 2017 | 20:00
Bakı Şəhər İcra Hakimiyyətinin 72 saylı 23 fevral 2017-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibət ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 14 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Bilgəh qəsəbəsində yerləşən 11 saylı inteqrasiya təlimli internat məktəbinin həyətində “İlaxır çərşənbə”  qeyd edildi. Tədbirdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, RİH başçısı Aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri, Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin sakinləri iştirak etdilər.
Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbirdə çıxış edərək şənlik iştirakçılarını salamladı və onları baharın gəlişi, sonuncu Torqaq çərşənbəsi ilə təbrik etdi, sülh və əmin-amanlıqla dolu il arzuladı. A.Vəliyev Novruz bayramının əsrlərin sınağından çıxan mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan , insanlar arasında birliyin və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam bir təməl olduğunu qeyd edərək Ümummilli lider Heydər Əliyevin və onun siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri sayəsində xalqımızın  milli-mənəvi dəyərləri və adət-ənənələrinin qorunub saxlanılması və daha da inkişaf etdirildiyini vurğuladı.
Sonra 11 saylı inteqrasiya təlimli internat məktəbinin şagird kollektivi hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Çıxışlarda Novruz bayramı, çərşənbələrə aid bayatılar, şeirlər səsləndi. Novruz personajları Kosa və Keçəlin, “Bahar qızının” və “Dədə Qorqudun” mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Xonça, səməni, şəkərbura, paxlava kimi Novruz şirniyyatları mərasimin bəzəyi idi. Mərasim yumurta döyüşdürmə və digər maraqlı oyunlarla yadda qaldı.
Sonda Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq çərşənbə tonqalını yandırdı.
Keçidlər