Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasına gedəcək Sabunçu rayonunun məktəbliləri ilə görüş keçirildi

21 mart 2017 | 20:00
Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına əsasən "Ölkəmizi tanıyaq" devizi altında respublikamızın ayrı-ayrı bölgələrini, onların spesifik xüsusiyyətləri ilə daha yaxından tanış olmaq məqsədi ilə Bakı şəhərinin bütün rayonlarında olduğu kimi Sabunçu rayonunda da IX-XI sinif şagirdləri üçün tur ekskursiyalar təşkil edilmişdir.
Bununla əlaqədar Sabunçu  rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılmış, rayonda təhsil alan 27 nəfər şagird, 1 müəllim, 1 həkim və 1 qrup rəhbəri (cəmi 30 nəfər) ibarət qruplar müəyyənləşdirilmiş, tur iştirakçıları üçün xüsusi forma və rayon haqqında maraqlı məlumatları özündə əks etdirən bukletlər hazırlanmış, həyata keçiriləcək tur ekskursiyaların əvvəlcədən tərtib olunmuş xususi qrafiklər üzrə aparılması nəzərdə tutulmuşdur.
22 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ölkəmizi tanıyaq” layihəsi üzrə Sabunçu rayonundan Naxçıvan Muxtar Respublikasına gedəcək tur aksiya iştirakçıları ilə görüş keçirildi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri, qrup rəhbəri Məhəmməd Əsədov və tur aksiya iştirakçıları iştirak etdilər.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” tur-aksiyası məktəblilərin respublikamızın bölgələrini tanıması, oranın tarixi-mədəni abidələri ilə yaxından tanış olması baxımından böyük əhəmiyyətə malikdir. Bu mənada tur-aksiya gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, onların dünyagörüşünün formalaşmasına da öz töhfəsini verəcək. Rayonumuzun bütün qəsəbələrindən olan məktəblilərin Naxçıvan Muxtar Respublikasına səfəri onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaradacaqdır.
Çıxış edən qrup rəhbəri Məhəmməd Əsədov gənc nəslin vətənə məhəbbət ruhunda tərbiyə olunmasına verdiyi böyük önəmi qeyd edərək bu layihənin təşəbbüskarı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığını bildirdi. Görüşdə iştirak edən məktəblilər bu layihədə isştirak etdikləri üçün sevincli olduqlarını vurğuladılar və göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildirdilər.
Keçidlər