Bakı məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxcıvan Muxtar Respublikasına təntənəli yola salındılar
23 mart 2017 | 20:00
23 mart 2017-ci il tarixdə Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı şəhərinin Sabunçu, Suraxanı, Nizami, Yasamal, Səbail və Pirallahı rayonlarını təmsil edən 162 nəfər məktəbli və onları müşaiət edən nümayəndələrinin Sabunçu Rayon İcra Hakimiyyətinin təşkil etdiyi təntənəli proqram ilə Naxcıvan Muxtar Respublikasına yolasalma mərasimi keçirildi.
“Ölkəmizi tanıyaq” VII tur-aksiyası Novruz bayramı ərəfəsində keçirildiyi üçün zurnaçı dəstəsi, folklor və rəqs qrupu, keçəl, kosa və bahar qızından ibarət əyləncəli proqram nümayiş olundu. Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən yola salınan hər bir rayon nümayəndəliyinə Novruz xonçaları və şirniyyatlar paylanılması təşkil edildi. Eyni zamanda Naxcıvan Muxtar Respublikasına Bakı şəhəri adından bayram sovqatları göndərildi.
Sonda “Ölkəmizi tanıyaq” VII tur-aksiya iştirakçıları “Azərbaycan Hava Yolları” QSC-nin ayırdığı xüsusi təyyarə ilə Naxcıvan Muxtar Respublikasına yollandılar.