Şriftin ölçüsü :

Saytın rəngi :

Zabrat-Balaxanı qəsəbələrində Novruz şənlikləri keçirildi

15 mart 2017 | 20:00
Bakı Şəhər İcra Hakimiyyətinin 72 saylı 23 fevral 2017-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibət ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 16 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin həyətində rayonun Zabrat və Balaxanı qəsəbələrinin sakinləri üçün Novruz şənlikləri keçirildi. Tədbirlərdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, idarənin məsul əməkdaşları, RİH başçısı Aparatının məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bayram tonqalını alovlandıraraq tədbiri açıq elan etmiş, qəsəbə sakinlərini xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik etdi, sülh və əmin-amanlıq, ruzi və bərəkət ilə dolu il arzuladı.
Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Azərbaycanda bu bayramın çox qədim zamanlardan əsl milli bayram kimi qeyd edildiyini, bolluğun, bərəkətin, xeyirxahlığın təcəssümü olduğunu söylədi.
Sonra qəsəbələrin mədəniyyət işçilərinin və məktəblilərinin hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirinə rəng qatdı. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatılar, şeirlər və musiqilər səsləndi.
Keçidlər