Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Novruz bayramı ilə əlaqədar ümumrayon tədbiri keçirildi

18 mart 2017 | 20:00
Bakı Şəhər İcra Hakimiyyətinin 72 saylı 23 fevral 2017-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibət ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir Tədbirlər planına uyğun olaraq rayonun mərkəzi küçə, park və meydanlarında sanitar-təmizlik, abadlıq işləri başa çatdırılmış, müəyyən olunmuş yerlərdə bayramsayağı tərtibat işləri aparılaraq rayon ərazisində silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan xalqının adət və ənənələrini özündə canlandıran, vətəndaşlarımıza sevinc bəxş edən Novruz bayramının yüksək əhval-ruhiyyədə və təntənəli keçirilməsi məqsədilə 19 mart 2017-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən “Çinarlı” restoranında ümumrayon tədbiri keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatınən sədri Mehriban Abasquliyeva, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri və məsul əməkdaşları, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək  şənlik iştirakçılarını Azərbaycan xalqının uzaq qədimlərdən bu günədək sevə-sevə qeyd etdiyi  Novruz bayramı münasibəti ilə təbrik etdi, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzuladı.
Bayram tədbirinə xüsusi rəng qatan “Keçəl” və “Kosanın”, “Bahar” qızının, “DədəQorqud”un obrazların, müxtəlif rəqs qrupların çıxışlarında bir daha xalqımızın milli ənənəvi xüsusiyyətlərini özündə əks etdirən Novruz bayramının və baharın gəlişi qeyd edildi.
Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq bayram tonqalını yandırdı.
Keçidlər