Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti xeyriyyə tədbiri keçirmişdir

28 aprel 2013 | 19:00

      28 Aprel 2013-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən “Ellada” şadlıq sarayında rayon İcra Hakimiyyəti tərəfindən xeyriyyə tədbiri keçirilmişdir. Tədbirin əsas məqsədi Bilgəh qəsəbəsi 11 saylı internat məktəbinin və imkansız ailələrin uşaqlarına kiçik toy məclisinin təşkil edilməsi olmuşdur.
         30-a yaxın oğlan uşağı üçün keçirilən kiçik toy məclisində KİV nümayəndələri ilə yanaşı tanınmış mədəniyyət işçiləri də iştirak edirdilər. Tədbirin sonunda kiçik toyları olan hər bir oğlan uşağına rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr verilmişdir.

Keçidlər