Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “İslam-sülh, barışıq və həmrəylik dinidir” mövzusunda tədbir keçirildi

12 aprel 2017 | 20:00

13 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil müəssisələrində uşaq  və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, “İslam Həmrəyliyi İli” çərçivəsində Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbin akt zalında “İslam-sülh, barışıq və həmrəylik dinidir” mövzusunda tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Aslan Sultanov, 80 nömrəli tam orta məktəbin direktoru Əlislam Abasquliyev və məktəbin şagird-müəllim kollektivi iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan 80 nömrəli tam orta məktəbin direktoru Əlislam Abasquliyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini diqqətə çatdırdı.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu, qarşılıqlı hörmət və tolerantlığı öz həyat tərzimizə çevirdiyimizi qeyd etdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verdi və gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunaraq hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğuladı.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş etdirildi və tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirə aparıldı.

Keçidlər