Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının IX konfransı keçirildi

17 aprel 2017 | 20:00

17 aprel 2017-ci il tarixdə Sabunçu qəsəbəsi, 311 nömrəli tam orta məktəbin akt zalında Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının IX konfransı keçirildi. Konfransda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin sədr müavini Bahar Muradova, millət vəkili Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Sabunçu Rayon Təşkilatının sədri,  rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri, idarə-müəssisə rəhbərləri və partiya fəalları iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin YAP Sabunçu Rayon Təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Dövlət himninin səslənməsindən sonra konfransı giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının yarandığı ilk gündən ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi, demokratik təsisatların bərqərar olmasında avanqard siyasi qüvvə olaraq fəaltiyyət göstərdiyini bidirdi. M.Abasquliyeva hesabat dövründə görülən işlər barədə məlumat verərək bildirib ki, 1993-cü il aprel ayında 30 nəfərlə ilk təsis konfransını keçirən YAP Sabunçu rayon təşkilatı bu gün 123 ərazi üzrə ilk partiya təşkilatında 9707 YAP üzvünü birləşdirir: “Ötən müddət ərzində YAP Sabunçu Rayon Təşkilatı böyük inkişaf yolu keçmişdir. Bu gün YAP Sabunçu Rayon Təşkilatının 123 ərazi ilk partiya təşkilatında 9707 nəfər pavrtiya üzvündən 5361 nəfəri, yəni 55 faizi qadınlar, 3651 nəfəri, yəni 37 faizi gənclər təşkil edir. Ötən müddət ərzində YAPSabunçu rayon təşkilatı öz sıralarını daim genişləndirərək partiyamızın Proqram və Nizamnaməsinə uyğun olaraq qarşıya qoyulan vəzifələri daha ləyaqətlə həyata keçirməkdədir".
Konfrasda Rayon Təşkilatının Nəzarət-Təftiş Komissiyasının sədri İlqar Süleymanov, Rayon Təşkilatının Qadınlar Şurasının sədri Ramidə İbrahimova və Rayon Gənclər Birliyinin sədri Rəşad Abbasəliyev hesabat məruzəsi ilə çıxış etdilər.
Hesabatlar dinləniləndən sonra məruzə ətrafında çıxışlar başladı. YAP İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova və Milli Məclisin üzvü Dilarə Cəbrayılova çıxış edərək Ümummilli Liderin gərgin əməyi sayəsində Azərbaycan müstəqil dövlət kimi beynəlxalq arenada da öz sözünü deyən ölkəyə çevrildiyini və bu gün isə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə alternativsiz siyasi qüvvə kimi qəbul edildiyini bildirdilər. Qeyd olundu ki, ötən 5 ildə YAP Sabunçu Rayon Təşkilatı həqiqətən böyük inkişaf yolu keçmiş və sıralarını xeyli genişləndirmişdir. Yeni Azərbaycan Partiyası  və onun sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi istiqamətində rayon təşkilatının gördüyü işlər deməyə əsas verir ki, onların fəaliyyəti qənaətbəxş olmuşdur.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev konfransda çıxış edərək YAP-ın yaranma tarixndən, partiyanın əldə etdiyi nailiyyətlədən və ölkənin ictimai-siyasi həyatındakı rolundan bəhs etdi. A.Vəliyev Yeni Azərbaycan Partiyasının Sabunçu Rayon Təşkilatının son beş ildə ümummilli lider Heydər Əliyevin ideyalarına daim yüksək sədaqət nümayiş etdirmiş və öz lideri, partiyamızın sədri, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifə və tapşırıqları yüksək məsuliyyətlə həyata keçirməyə çalışmışdır. Bu gün rayonumuzda icra strukturları ilə partiya təşkilatı sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Uğurlarımızın, sosial-iqtisadi sahədə qazandığımız nailiyyətin əsasında duran da bu amildir. Bütün bu uğurların təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Çıxışlar başa çatandan sonra təşkilati məsələlərə baxıldı və YAP Sabunçu Rayon Təşkilatının yeni tərkibdə Siyasi Şurası, İdarə Heyəti  və Nəzarət-Təftiş Komissiyası seçildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, YAP Sabunçu Rayon İdarə Heyətinin üzvləri Nəriman Salmanov və Hacı Əliyev çıxış edərək Mehriban Abasquliyevanı yenidən partiyanın rayon təşkilatının sədr seçilməsini təklif etdilər.
Konfransda açıq səsvermə yolu ilə Mehriban Abasquliyeva YAP Sabunçu Rayon Təşkilatının sədri, Məhərrəm Mehrəliyev və Bəxtiyar Qasımov sədr müavinləri seçildilər.
Konfransın sonunda YAP Sabunçu Rayon Təşkilatı tərəfindən Əmək və müharibə əlilləri üçün Pansionatın direktoru Qətibə Əsədovaya, 142 nömrəli tam orta məktəbin diektoru Gülnaz Abdullayevaya və fəal gənc Mahir Hüseynova partiyanın ictimai-siyasi həyatında fəal iştirakına görə fəxri fərmanlar və  YAP sıralarına yeni qoşulmuş bir qrup gəncə isə üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər