Sabunçu rayonunda Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi qanvermə aksiyası keçirildi
25 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü münasibətilə ənənəvi qanvermə aksiyası keçirildi.
Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Adil Vəliyev, I müavin Güloğlan Məmmədov, müavin Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, qəsəbə icra nümayəndələri, bələdiyyə sədri və üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gəncləri iştirak etdilər. Aksiya çərçivəsində bu nəcib təşəbbüsə qoşulanlar görkəmli alimimın xalq qarşısındakı xidmətlərini bir daha qeyd edərək insanlara nur, həyat işıgı bəxş edən nəcib və xeyirxah insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiram bildiriblər.
Qanvermə prosesini Səhiyyə Nazirliyi Hematologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankının həkim briqadası həyata keçirib. Talasemiyalı, hemofliyalı xəstə uşaqlar üçün nəzərdə tutulan qanın nə qədər həyati əhəmiyyət kəsb etdiyini dərindən başa düşən Sabunçu rayonunun sakinləri bu aksiyada fəallıq nümayiş etdiriblər. Qanvermə aksiyasında iştirak edənlər əvvəlcədən müayinədən keçib, onlardan qan analizi götürülərək sağlam olub-olmamaları müəyyənləşdirilib.
Qeyd edək ki, gün ərzində 350-dən çox rayon sakini növbəli şəkildə bu xeyirxah tədbirdə iştirak edib və onlara lazimi xidmət göstərilib.