Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Çernobıl qəzasının 31-ci ildönümü qeyd olundu

25 aprel 2017 | 20:00

26 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində XX əsrin ən dəhşətli qəzalarından olan Ukraynanın Pripyat şəhərindəki Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda baş vermiş  qəzanın 31-ci ildönümü ilə bağlı rayonda yaşayan Çernobıl əlilləri ilə görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elxan Salmanov və Cernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon təşkilatının 50 nəfər üzvü iştirak etdilər.
  Tədbirə başlamazdan əvvəl Çernobıl qəzasında həlak olmuş insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki,  bu qəzanın ağır nəticələrinin aradan qaldırılması işlərində 7 mindən artıq Azərbaycan vətəndaşı xüsusi fədakarlıq göstərmişdir. Həmin insanların bir çoxu dünyasını dəyişmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin sosial durumu yaxşılaşdırılmış, onların statusu müəyyənləşdirilmiş, sosial problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər görülmüş, onlara dövlət tərəfindən müavinət təyin edilmişdir. Bu qayğı Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü ilə faciə iştirakçılarının müavinətləri dəfələrlə artırılmış, onların sosial müdafiəsi gücləndirilmişdir.
 Çernobıl Əlilləri Cəmiyyətinin Sabunçu rayon Təşkilatının sədri Elxan Salmanov öz çıxışında Çernobıl qəzasında sağlamlıqlarını itirmiş insanların rifahının yaxşılaşdırılması Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin prioritetlərindən biri olduğunu vurğulayaraq, bu gün Çernobıl əlillərinin cəmiyyətimizdə fəal vətəndaşlıq mövqeyi nümayiş etdirdiklərini qeyd etdi.Çıxış edən cəmiyyətin üzvləri cənab Prezidentə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
  Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən cəmiyyətin 50 nəfər üzvünə maddi yardım göstərildi.

Keçidlər