Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla yad edildi

27 aprel 2017 | 20:00

 

     28 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu qəsəbəsində yerləşən 12 saylı Şəhər Poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümü qeyd edildi.
     Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin Arzu Məmmədova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva rayonun səhiyyə və təhsil işçiləri iştirak etdilər.
     Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev sədaqətli ömür-gün yoldaşı, mehriban və qayğıkeş ana olan, milli-mənəvi və yüksək əxlaqi dəyərləri varlığında təcəssüm etdirən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışmış, onun bütün türk dünyasında, müsəlman aləmində qadınlığa örnək bir insan olduğunu diqqətə çatdırdı. A.Vəliyev öz çıxışında vurğuladı ki, bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar. Zərifə xanım Azərbaycana cənab İlham Əliyev kimi Prezident bəxş edən bir ana olaraq hər zaman tarixdə qalacaqdır. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur.
     Tədbirdə YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, 12 saylı Şəhər Poliklinikasının baş həkimi Telman Novruzov, 1 nömrəli Respublika Psixiatriya Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov, 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Səriyyə Səfərova və başqaları çıxış edərək Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş etdiyini və bütün xəstələrinə doğmaları kimi can yandırdığını bildirdilər və  qədirbilən xalqımızın qəlbində əbədi yaşayaraq daim dərin ehtiramla anılacağını qeyd etdilər.

Keçidlər