Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ağacəkmə aksiyası keçirildi

04 may 2017 | 20:00

05 may 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin andan olmasının 94-cü ildönümü ilə əlaqədar Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatda ağacəkmə aksiyası keçirildi. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Müharibə və Əmək Əlilləri üçün Pansionatının direktoru Qətibə Əsədova, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və ponsionatın sakinləri iştirak etdilər.
Aksiya iştirakçıları ilk olaraq Müharibə və Əmək Əlilləri üçün Pansionatının həyətində yaradılmış Ulu Öndər Heydər Əliyevin güşəsinin ətrafında çinar, küknar, limon, şam, palma və digər müxtəlif növ 110 ağac əkərək diblərini bərkidib suvardılar.
Guşənin qarşısında çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin I müavini Güloğlan Məmmədov Azərbaycanın yeni tarixində müstəqil dövlət ideyasının məhz Heydər Əliyevin adı, şəxsiyyəti ilə bağlı olduğunu, Ümummilli liderin Azərbaycanı inkişaf yoluna çıxardığını, dövlətimizi öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə dünyada tanıtdığını qeyd etdi. O,  ulu öndərin həyat və fəaliyyətinin tarix üçün bir nümunə olduğunu, xalqımıza böyük zəhməti hesabına ərsəyə gətirdiyi ən böyük əsərini - müstəqil, demokratik Azərbaycanı bəxş etdiyini qeyd etdi. G.Məmmədov bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam  etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlər əldə olunduğunu vurğuladı.
Müharibə və Əmək Əlilləri üçün Pansionatının direktoru Qətibə Əsədova çıxış edərək Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində bir fərd, bir şəxsiyyət, bir milli lider kimi özü-özünü sınaqdan çıxarmaqla yanaşı, özü ilə birgə Azərbaycan xalqını da sınaqlardan çıxardı. Ulu öndər Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi əbədiləşmişdir. Ulu öndər ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində olduğunu vurğuladı.
Çıxış edən ahıllar Azərbaycanda ahıl insanlara dövlət qayğısının ildən-ilə artdığını bildirmiş, göstərilən diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər