Sabunçu rayonunda 1941-1945-ci illər müharibəsində qələbənin 72 illiyi qeyd olundu
06 may 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 72-ci ildönümü ilə əlaqədar müharibə veteranları ilə görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Avtandil Hüseyn-zadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev və yüksək rütbəli zabitləri, Bakı şəhər Hərbi Qornizonunun yüksək rütbəli zabitləri və əsgərləri, Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Sabunçu rayon Təşkilatının sədri Elxan Mirzəyev, icra nümayəndələri, bələdiyyə sədrləri və rayonda fəaliyyət göstərən ictimai birliklər iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Sabunçu qəsəbəsində yerləşən “Qardaşlıq məzarlığını” ziyarət edərək 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov “1941-1945” abidəsi önündə çıxış edərək II Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qələbə əldə etməsinə görə azərbaycanlıların misilsiz xidmətlərindən söz açaraq, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştiraklarına, Qarabağ müharibəsi şəhidlərinin ailələrininə, Veteranlara, əlillərə göstərilən xüsusi diqqət və qayğısını qeyd etdi.
Çıxış edən digər natiqlər də İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, 130 nəfərin “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü bildirdilər və ölkə başçısı cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində tezliklə torpaqlarımız geri alınaraq qələbəni işğal olunmuş torpaqlarımızda qeyd edəcəklərini inamla vurğuladılar.
Sonda tədbir Bakıxanov qəsəbəsində yerləşən “Ülvi”şadlı sarayında veteranlar üçün təşkil edilmiş bayram süfrəsi ətrafında maraqlı bədii-əyləncəli konsert proqramı ilə davam etdirildi.