Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirildi

09 may 2017 | 20:00

10 may 2017-ci il tarixdə Ulu  Öndər Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Rayon Gənclər Evində tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Dilarə Cəbrayılova, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyasl Sabunçu Rayon Təşkilatının sədri, Aparatın məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri , təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biri olduğunu, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişinin ümummilli liderin adı ilə sıx bağlı olduğunu,  Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxararaq, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etdiyini və onun həyata keçirilməsi üçün mühüm addımlar atdığını, Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsini aradan qaldırdığını vurğuladı. A.Vəliyev Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsinin, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atmasının, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsinin Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi üçün son dərəcə əhəmiyyətli olduğunu qeyd etdi və Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam  etdirildiyini vurğuladı.
Tədbirdə Millət vəkili Dilarə Cəbrayılova, Müharibə və Əmək Əlilləri üçün Pansionatının direktoru Qətibə Əsədova və Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktor Vidadi Orucov çıxış edərək,  Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinin, onun əbədi, dönməz xarakter almasının, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsinin və onun beynəlxalq nüfuzunun sürətlə artmasının məhz Ümummilli lider Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olduğunu diqqətə çatdırdılar.
Tədbirdən sonra Ulu Öndər Heydər Əliyevin anadan olamısının 94-cü ildönümü münasibətilə ümumrayon iməcliyi keçirildi.
Qeyd edək ki, rayonun Bakıxanov, Sabunçu və Balaxanı qəsəbələrində ümumilikdə 3000 gül kolu,  530 şam və akasiya ağacları və müxtəlif növ dekorativ kollar əkilərək onlara qulluq edildi.

Keçidlər