Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “28 May- Respublika Günü” ilə əlaqədar tədbir keçirildi

25 may 2017 | 20:00

26 may 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “28 may-Respublika Günü”nə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, müavin Avtandil Hüseyn-zadə, icra aparatının məsul işçiləri və icra nümayəndələri iştirak etdilər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ilk olaraq tədbir iştirakçılarını qarşıdan gələn “28 May- Respublika Günü” münasibətilə təbrik etdi. A.Vəliyev Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirdiyini vurğuladı. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlərin müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.
Tədbirdə millət vəkili Fazil Mustafa və 271 nömrəli tam orta məktəbin direktoru Səməndər Məmmədov çıxış edərək Azərbaycanda demokratik hüquq və azadlıqların bərqərar olduğunu, Azərbaycan dilinin dövlət dili elan edildiyini, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət göstərildiyini, milli ordu və təhlükəsizlik strukturları qurulduğunu vurğuladılar.

Keçidlər